SİZİN REKLAM BURADA!
055 213 76 73



Xalqımızn ən əziz və sevilən bayramı olan Novruza çox az vaxt qalıb.

 
Tezliklə ölkəmizə yeni il öz qədəmlərini basacaq. İlaxır çərşənbəni də yola saldıqdan sonra insanlar artıq bayrama tədarük görür, bayram süfrəsi üçün alış -veriş edir, şirniyyatlar bişirilər. Novruz bayramını müxtəlif şirniyyatlardan ibarət Novruz simvollarından sayılan xonçasız təsəvvür etmək mümkün deyil. Novruz bayramının əsas atributlarından sayılan şəkərbura, paxlava və digər şirniyyatların müxtəlif çərəzlərdən hazırlanır. Hər şeyin bahalaşdığı bir dövrdə insanlarn başqa bur qayğısı da bayramı daha az xərclə yola salmaqdır. Bütün bunları nəzərə alaraq BAKU.WS şəhərimizin müxtəlif bazar və marketlərində satılan çərəzlərin qiymətlərini sizə təqdim edir: 

"Araz" market–də qabıqlı qoz 17 manata, ləpə 23-55, qabıqlı fındıq 6.75, ləpə 16-23 arası, qabıqlı badam 11 manat, ləpə 25,  
püstə isə 25.60, 30 manat arası dəyişir. "Favorit" market-də qoz ləpəsi 19.38, 20.49, 27.13, qabıqlı qoz 12.40, fındıq ləpə 19.50, təmizlənmış fındıq ləpəsi isə 25.90 manata, qabıqlı badam 11.70, ləpə isə 28.70 manat, püstə 32.55 manatdır. "Makromart"da qabıqlı qoz 9.45, 10.85, qoz ləpəsi 23.20, qabıqlı fındıq 9.45, fındıq ləpəsı 21.80, təmizlənmiş fındıq 23.45, badam ləpəsı 28, qabıqlı badam 11 manat, püstə isə 24.30 manatdır. "Yasamal bazarı"nda qoz ləpə 17-25 manat, qabıqlı qoz – 8-15 manat, fındıq ləpəsı 16 manat, qabıqlı fındıq isə 8 manatdır. Badam ləpəsı 24, qabıqlı badam 12 manatdır. Püstənin qiyməti isə 24 manat təyin edilir. "Fresco" marketdə qoz ləpəsı 19, 19.40, qabıqlı qabıqlı qoz 11.50, təmizlənmış fındıq 28, fındıq ləpəsı 16.50, qabıqlı badam 25, badam ləpəsi isə 31 manat, püstə - 30.70-32.60 manat arası dəyişir. "Təzə bazar"da qoz ləpəsi 16, 20, 22 manat, qabıqlı qoz 12 manat, fındıq ləpəsi 15, təmizlənmış fındıq 20, qabıqlı fındıq isə 8 manatdır. Qabıqlı badam 14, ləpəsi isə 22 manata, püstə isə 24 manata satılır. 

Arzu Mirzəyeva
BAKU.WS