SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Təhsil naziri Mikayıl Cabbarov Bakı-Sumqayıt yolunda baş verən qəza nəticəsində dünyasını dəyişən tələbələrlə bağlı başsağlığı verib. 
 
BAKU.WS-in məlumatına görə, başsağlığı mesajında deyilir: 
 
"Martın 9-da Bakı-Sumqayıt yolunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində Sumqayıt Dövlət Universitetinin həlak olmuş tələbələrinə Allahdan rəhmət diləyir, onların ailələrinə və universitetin kollektivinə dərin hüznlə başsağlığı verirəm! 

Hadisə zamanı xəsarət alanlara isə şəfa diləyir və tezliklə sağalmalarını arzulayıram!"
 
BAKU.WS