» » Bayramqabağı hər şeyin qiymətini qaldırdılar (QİYMƏTLƏR)


07-03-2017 | 10:07

  • 2 533

Bayramqabağı hər şeyin qiymətini qaldırdılar (QİYMƏTLƏR)

 
Novruz bayramı yaxınlaşdıqca bazar və mağazalarda ət və ət məhsullarının qiymətində bahalaşma müşahidə edilir. Son günlər mal əti ilə yanaşı toyuq əti və yumurtanın da qiyməti qalxıb. Bahalaşma yerindən asılı olaraq, 20 qəpik ilə 1 manat 50 qəpik arasındadır.
 
Toyuq ətinin bahalaşması mağazalarla bazarlarda fərqlidir. Mağazalarda bahalaşma 20-50 qəpik arasında dəyişirsə, bazarlarda artım 1 manatdan yuxarıdır.
 
Qeyd edək ki, marketlərdə mal ətinin qiyməti 11.50-12.50 manat arasında dəyişir. Sümüksüz ətin kiloqramı isə 13 manatdır. Qoyun ətinin kiloqramı 11-12 manatdan təklif olunur. Qəssablarda isə mal əti 10.50-11 manata təklif olunur. Sümüksüz ətin bir kiloqramının qiyməti 12 manatın üzərindədir.
 
Diqqətçəkən məqamlardan biri də odur ki, mərkəzdən uzaqlaşdıqca ətin qiyməti də ucuzlaşır. Məsələn, Bakının mərkəzində kiloqramı 11.50 manata satılan ət ətraf rayonlarda, 10.50 -11 manata, Bakı kəndlərində- Maştağada 10.50, Balaxanıda isə 10 manata satılır.
 
Quş ətinin qiymətinə gəlincə, marketlərdə müxtəlif şirkətlərə məxsus yerli dondurulmuş toyuq ətlərinin kiloqramı 4.50 -5 manat arasında dəyişir.
 
Bazarda isə diri şəkildə toyuqlar 6-7 manata satılır. Bu qiymətə 1 manat da əlavə etsəniz, toyuğu gözünüzün önündə kəsib təmizləyirlər.
 
Yumurtanın qiymətinə gəlincə, qısa bir müddət ərzində qiymətlər 12 qəpiyə kimi düşsə də, hazırda yenidən 15-17 qəpik arasında dəyişir. Təbii ki, söhbət fabrik yumurtasından gedir. Çünki kənd yumurtasının bir ədədi 25-30 qəpiyə təklif olunur.

Toyuq ətinin və yumurtanın bahalaşma səbəblərinə gəlincə, satıcılar qiymətlərin quş əti istehsalçıları tərəfindən qaldırıldığını iddia edirlər. Onların fikrincə, bayramla əlaqədar bahalaşma davam edəcək. Çünki tələbat artıb.
 
Broyler firmalarını birləşdirən Respublika Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev isə qiymətlərin qalxmasına görə satış mərkəzlərini ittiham edir. Onun sözlərinə görə, toyuq ətinin qiyməti mağaza rəhbərləri tərəfindən süni yolla artırılıb.
 
Məhsulun arxasındakı məlumat kağızı mağazada vurulduğundan qiyməti də onlar təyin edirlər. Toyuq məhsulunun topdansatış qiymətində heç bir qiymət artımından söhbət gedə bilməz.
 
Aydın Vəliyevin sözlərinə görə, yerli istehsalın maya dəyəri xaricdən idxal edilən məhsullardan daha baha başa gəlir:
 
"Bu gün bizdə yem xaricdən alındığı üçün yumurtanın bir ədədinin qiyməti 14-15 qəpiyə başa gəlir. Yumurta 11 qəpiyə satılanda istehsal həddən artıq çox, tələbat isə az idi. Məcburən qiymətləri endirdik. İri təsərrüfatlar yemi xaricdən birbaşa özləri alırlar. Onlar üçün yumurtanın maya dəyəri nisbətən ucuz olur, xırda təsərüfatlar isə yemi 2 və 3-cü əldən aldıqları üçün nisbətən yumurtanın maya dəyəri baha başa gəlir. Bizdə isə yumurta maya dəyərinə, hətta ondan aşağı satılır”.
 
A.Vəliyevin bildirdiyinə görə, toyuq ətinin maya dəyəri 3.80, 3.90 manatdır: "Lakin bazarlarda 4.20 manata, 4.50 manata da toyuq əti satılır. Ümumiyyətlə, bizdə quş əti maya dəyərindən yuxarı satılmır. Mağaza qiymətləri ilə bizim satdığımız mallar arasında 30-40 faiz fərq var. Başqa müsəlman ölkələrində bayramqabağı hər şeyin qiyməti enir, amma bizdə qaldırırlar. Bu, bizim milli mentalitetimizdənir”.
 
© Yeni Musavat
BAKU.WS
Top XəbərlərЛучшее на сайте
Azərbaycanlılarla çeçenlər arasında Azərbaycanlılarla çeçenlər arasında "müharibə"yə səbəb olan VİDEO Hadisə / Video Çeçenlərlə azərbaycanlılar Moskvada görüşdülər – VİDEO Çeçenlərlə azərbaycanlılar Moskvada görüşdülər – VİDEO Əsas Xəbər / Hadisə Azərbaycanlı aparıcı qəfil vəfat etdi - FOTO Azərbaycanlı aparıcı qəfil vəfat etdi - FOTO Həyat tərzi Qubada çəkilmiş ŞOK görüntülər: Qeyri-adi varlıqlar evə ayaq açdı - VİDEO Qubada çəkilmiş ŞOK görüntülər: Qeyri-adi varlıqlar evə ayaq açdı - VİDEO Həyat tərzi / Video "Neolit"ə silahlı hücum oldu: 10 nəfər yaralanıb Hadisə / Video Damlanın intim videosu olduğu iddia olunan görüntü ilə bağlı AÇIQLAMA Damlanın intim videosu olduğu iddia olunan görüntü ilə bağlı AÇIQLAMA Şou-biznes Yasamal qəbiristanlığında ağılları qarışdıran şəkil tapıldı - FOTO Yasamal qəbiristanlığında ağılları qarışdıran şəkil tapıldı - FOTO Həyat tərzi Azərbaycanda avtobus qızın üstündən keçdi - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR (VİDEO) Azərbaycanda avtobus qızın üstündən keçdi - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR (VİDEO) Hadisə / Video Rəqsanəyə niyyət, Aysuna qismət - VİDEO Rəqsanəyə niyyət, Aysuna qismət - VİDEO Şou-biznes / Video İlqarə Kazımova onunla sevgilidir - EKSKLÜZİV (FOTOLAR) İlqarə Kazımova onunla sevgilidir - EKSKLÜZİV (FOTOLAR) Şou-biznes Faiq Ağayev oxudu, Leyla Əliyeva rəqs etdi (VİDEO) Faiq Ağayev oxudu, Leyla Əliyeva rəqs etdi (VİDEO) Hadisə Qızını erməniyə ərə verən Ağadadaş çeçenlərlə görüşdən qovuldu (VİDEO) Qızını erməniyə ərə verən Ağadadaş çeçenlərlə görüşdən qovuldu (VİDEO) Video / Siyasət İlham Mirzəyevi bu görüntülərə görə biabır etdilər - VİDEO İlham Mirzəyevi bu görüntülərə görə biabır etdilər - VİDEO Şou-biznes / Video Azərbaycanda əməliyyat- Məşhur fahişəxanaya basqın zamanı 51 qadın saxlanıldı Azərbaycanda əməliyyat- Məşhur fahişəxanaya basqın zamanı 51 qadın saxlanıldı Hadisə 100-dən çox çeçenin azərbaycanlılara hücum etdiyi görüntülər (VİDEO) 100-dən çox çeçenin azərbaycanlılara hücum etdiyi görüntülər (VİDEO) Hadisə / Video "Heç kim toyuna 2-3 həftə qalmış səbəbsiz belə addım atmaz" - Elnar Xəlilovun nişanlısından AÇIQLAMA Şou-biznes Faiq Ağayev onu bıçaqlayan şəxsdən danışdı: Faiq Ağayev onu bıçaqlayan şəxsdən danışdı: "9 il sonra qarşılaşdıq" Şou-biznes Həbs olunmuş məşqçinin tələbəsi: Arvadı dedi ki, onu... Həbs olunmuş məşqçinin tələbəsi: Arvadı dedi ki, onu... Həyat tərzi Dayısı oğlunun arvadına tövlədə TƏCAVÜZ ETDİ, sonra... - Azərbaycanda BİABIRÇILIQ Dayısı oğlunun arvadına tövlədə TƏCAVÜZ ETDİ, sonra... - Azərbaycanda BİABIRÇILIQ Kriminal ANS-in prezidenti Vahid Mustafayev: “Yayıma tam hazırıq” ANS-in prezidenti Vahid Mustafayev: “Yayıma tam hazırıq” Sosial
Son əlavəПоследние публикации
Bakının bu ünvanındakı evlər plana düşdü
21 fevral 2019

Bakının bu ünvanındakı evlər plana düşdü

1 335 Əsas Xəbər / Sosial
Bakıda gənc qadın ərini axtarır
21 fevral 2019

Bakıda gənc qadın ərini axtarır

207 Hadisə