SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Əmlak Məsələləri Dövlət Komitəsi martın 28-də keçirilməsi nəzərdə tutulan yeni hərrac elan edib. BAKU.WS Bizimyol.info-ya istinadən xəbər verir ki, hərraca ümumilikdə 76 dövlət əmlakı olmaqla 20 səhmdar cəmiyyəti, 48 kiçik dövlət müəssisə və obyekti, 8 nəqliyyat vasitəsi çıxarılıb.

Hərraca çıxarılan 48 kiçik dövlət müəssisəsi və qeyri-yaşayış obyektlərinin əksəriyyəti altındakı torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Tikili və torpaq sahəsi ayrı ayrılıqda qiymətləndirilib. Torpaq sahəsi ilə birgə hərraca çıxarılan əmlaklar Bakının Sabunçu, Qaradağ, Yasamal, Binəqədi rayonları, Gəncə və Sumqayıt şəhəri, habelə, Kürdəmir, İmişli, Quba, İsmayıllı, Şəki və Masallı rayonlarında yerləşir. Hərraca torpaq sahəsi ilə birgə satışa çıxarılan kiçik dövlət müəssisələri arasında ən yüksək hərrac qiyməti 561 min manat olan qeyri-yaşayış binasıdır. Nəsimi rayonu, Bülbül prospektində yerləşən daşınmaz əmlakın torpaq sahəsi 474,8 kv/m, tikili sahəsi isə 255,5 kv/m-dir. bu, haradasa 4-5 otaqlı bir mənzilin sahəsidir, dövlətin qoyduğu satış qiyməti də yarım milyondan artıqdır. Torpaq sahəsi ilə hesablansa kv/m-i 1200 manata yaxındır. Bundan əlavə, hərraca çıxarılan start qiyməti yüksək olan əmlaklar sırasında 405 min manata Səbail rayonunda qeyri-yaşayış sahəsi, 270 min manata Qaradağ rayonunda Anbar, 369 min manata Sumqayıtdakı "Laçın” restoranı da var. Hərracda özəlləşdirilməsi nəzərdə tutulan qeyri-yaşayış sahələri əsasən paytaxtın Binəqədi, Səbail, Yasamal rayonlarında yerləşir.

Bu dəfəki hərracda 25 səhmdar cəmiyyətinin nəzarət səhm paketinin 30-45 faizi özəlləşməyə çıxarılıb. Özəlləşdiriləcək səhmdar cəmiyyətləri məişət, təmir-tikinti, sənaye, pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, istehsal, emal sahələrinə aiddir. Belə iri müəssisələr sırasında "Ağdaş Quşçuluq”, "Beyləqan Sənaye Kombinatı”, "Biləsuvar Broyler”, "Gülşən Ətir”, "İsmayıllı Sənaye İstehsalat”, "Salyan Broyler”, "Salyan Aqrotexservis” kimi səhmdar cəmiyyətlər var. Bu səhmdar cəmiyyətlərinin hərraca çıxarılmış bir səhminin nominal dəyəri müəssisədən asılı olaraq 0.5 manatdan 2 manata qədərdir. Satışa təklif olunan qeyri-yaşayış sahələri belə müəssisələrdən qat-qat bahadır. 
 
BAKU.WS