VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Ermənistanın işğalı altında olan Dağlıq Qarabağda fevralın 20-də keçiriləcək qondarma rejim "konsitutsiyası"na dəyişikliklə bağlı "referendum"un nəticələri Türkiyə tərəfindən tanınmayacaq.

BAKU.WS xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib. Nazirlikdən verilən yazılı açıqlamada bunun Azərbaycanın ərazi bütövlüyünə zidd addım olduğu qeyd edilib.

Açıqlamada sözügedən referendumun beynəlxalq hüquq, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Komitəsinin və Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının prinsiplərinin açıq şəkildə pozulması olduğu da əlavə edilib.
 
Ölkəmiz Azərbaycanın azadlığının və ərazi bütövlüyünün pozulmasını özündə əks etdirən istənilən addımı qınamaqdadır. Qeyri-qanuni olan bu "referendum" və onun nəticələri Türkiyə tərəfindən heç bir halda tanınmayacaq. Dağlıq Qarabağ münaqişəsi Cənubi Qafqazda sülh, sabitlik və əməkdaşlığın önündəki ən böyük maneə olmaqda davam edir"
 
"Bu status-kvo davam etdirilə bilməz!". Ötən ilin aprelində təmas xəttində baş verən döyüşlər, status-kvonun artıq davam etdirilməz bir vəziyyətə gəldiyini, münaqişənin tez bir zamanda sülh yolu ilə həll edilməsinin vacibliyini önə çəkdi.
 
Bundan başqa açıqlamada ATƏT-in MİNSK qrupu üzvlərindən olan Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin ədalətli və daimi bir həll yolunu tapması istiqamətində aparılan işləri dəstəkləyəcəyinə diqqət çəkilib.

Qeyd edək ki, ATƏT sözügedən referendumu tanımır. 
 
Aynur Ələkbərova
BAKU.WS