VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

 

"AMB-nin ortamüddətli dövr üçün manatın məzənnəsinin çevikliyinin artırılması ilə bağlı yol xəritəsi var. Digər ölkələrdən fərli olaraq, Azərbaycanın tədiyyə balansında defisit yox, profisit var".
 
BAKU.WS-in APA-ya istinadla verdiyi məlumata görə, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədr müavini Xəqani Abdullayev bildirib.
 
X. Abdullayevin sözlərinə görə, hələlik manatın məzənnəsinin dəyişməsi üçün fundamental əsas yoxdur. "O ölkələrdə kəskin dəyişmələr olur ki, orda tədiyyə balansında valyuta daxil olmalarının kəskin azalması və yaxud defisitə keçmə ehtimali olur. Bizim tədiyyə balansı hələ ki, tarazlaşdırılmış vəziyyətdədir. Bu baxımdan düşünmürük ki, manatın məzənnəsinin kəskin oynaması üçün bir əsas var. Valyuta bazarında tam tarazlıq var. Bu gün valyuta bazarında valyutaya tələbat stabilləşib. Təklif kanallarında da stabilləşmə var. Bu tarazlıq baxımdan düşünmürük ki, bugünkü günə manatın məzənnəsinin ciddi dəyişməsinə əsas var”, - sədr müavini deyib.
 
Üzən məzənnə siyasətinə keçidə gəlincə, X. Abdullayev bildirib ki, AMB-nin ortamüddətli dövr üçün manatın məzənnəsinin çevikliyinin artırılması ilə bağlı yol xəritəsi var: "Düşünürük ki, ortamüddətli dövrdə bu yol xəritəsini uğurla reallaşdıra biləcəyik. Lakin bu il və gələn il üçün manatın məzənnəsinin kəskin dəyişməsinə zərurət görmürük".
 
BAKU.WS