SİZİN REKLAM BURADA!
055 213 76 73


Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi dərman vəsaitlərinin yeni təsdiqlənmiş qiymətlərini açıqlayıb.

 
BAKU.WS-in məlumatına görə, siyahıda 256 adda dövlət qeydiyyatına alınmış dərmanın topdan və pərakəndə satış qiyməti əks olunub.  
 

Dərman vəsaitlərinin yeni satış qiymətləri sentyabr ayının 15-dən qüvvəyə minəcək. Belə ki, hazırlıq işlərinin, o cümlədən əczacılıq subyektləri tərəfindən dərman qutularının üzərində yeni qiymətlərin qeyd olunması, dərman qalıqlarının yenidən qiymətləndirilməsi, istehsalçılarla hesablaşmaların aparılması və digər hazırlıq işləri müəyyən zaman tələb edir.


Qərar qüvvəyə mindikdən sonra tənzimlənən siyahıya daxil olan dərman vasitələrinin 20%-nin qiyməti 3 dəfədən çox, 40%-dən çoxunun qiyməti isə 2 dəfədən çox aşağı salınacaq. Ümumilikdə isə tənzimlənən dərman vasitələrinin 90%-nin qiyməti düşəcək. Beləliklə, Azərbaycanda aptek şəbəkəsinin fəaliyyəti artıq tamamilə yeni müstəviyə keçir ki, bu da əczacılıq müəssisələrinin dərmanların qiyməti ilə deyil, xidmət keyfiyyəti ilə rəqabət aparmalarına şərait yaradacaq. 

Dərman qiymətlərinin siyahısına daha ətraflı buradan baxa bilərsiniz.

 

Azad Əliyev  

BAKU.WS