SİZİN REKLAM BURADA!
055 213 76 73


 


Bakıda yaşayış binasında baş verən yanğında bir nəfər ölüb.
 
APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, ölən şəxs yanğın baş verən mənzillərdən birinin sakini, 1969-cu il təvəllüdlü Liliya Mixaylovna Xazibovadır.
 
Qeyd edək ki, yanğın zamanı tüstüdən zəhərlənən başqa bir qadına - 1935-ci il təvəllüdlü Raisa Abutalıbovaya təcilli tibbi yardım briqadasının həkimləri tibbi yardım göstəriblər. Qadının vəziyyəti sabitləşib.
 
Bakının "Sovetski" kimi tanınan ərazisində yanğın başlayıb.

BAKU.WS xəbər verir ki, hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oktay Bayramov Milli.Az-a bildirib ki, hadisə "Sovetski"də, Şahmat məktəbinin yaxınlığında qeydə alınıb, 3 mərtəbəli yaşayış binasında baş verib.

Hadisə zamanı binanın taxta konstruksiyaları yanıb. Hadisə yerinə 10 yanğınsöndürən briqada cəlb edilib. Yanğının yaxınlıqdakı binalara keçməsinin qarşısı alınıb.
 
BAKU.WS