VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

 
Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obama Azərbaycan prezidenti İlham Əliyevi Qurban Bayramı münasibəti ilə təbrik edib.
 
BAKU.WS-in məlumatına görə, təbrik məktubunda deyilir:
  
"Amerika və dünya müsəlmanlarının Qurban bayramını qeyd etdiyi bir vaxtda Mişel və mən Sizə ən səmimi təbriklərimizi yetiririk. Biz vacib əməl olan Həcc ziyarətini uğurla başa vurmuş üç milyon müsəlman zəvvarla birgə minlərlə ABŞ vətəndaşını da təbrik edirik.

Həcc ziyarəti müxtəlif mənşə və ənənələrə malik insanların ortaq bəşəri dəyərləri bölüşmək üçün bir araya gəlməsini nümayiş etdirir.

Qurban bayramı həm sevinc və şənlik, həm də xeyriyyəçilik və mərhəmət, dua və dərin düşüncə bayramıdır. Birləşmiş Ştatlardan və dünyanın hər yerindən milyonlarla müsəlmanın İbrahim peyğəmbərin oğlunu qurban verməyə hazır olmasını yad etməklə ehtiyacı olanlara humanitar yardım göstərmələri məni ruhlandırır.

Dünyada iztirabların heç biri Birma, Nigeriya, İraq və Suriyada münaqişədən qaçan, ağlasığmaz qəddarlıq və məhrumiyyətlərə düçar olan günahsız kişi, qadın və uşaqların üzləşdikləri qədər açıq-aşkar deyil.

Biz bu durumda olan qonşularına qayğı göstərmək üçün əlindən gələni əsirgəməyən xalqları təqdir etməliyik.

Bu cür mərhəmət əməlləri bütün məzhəblərdən olan insanların ortaq mənşə və dəyərlərini önə çəkir. Bu, mənim Prezident kimi tanış olduğum və dəyərləndirdiyim dünya ictimaiyyətinin əsl simasını – mərhəməti, müxtəlifliyi və əməkdaşlığı təcəssüm etdirir.

Amerika xalqı adından dünyanın hər yerindəki müsəlman icmalarına Qurban bayramı təbriklərimizi çatdırırıq.

Qurban bayramınız mübarək və Həcc ziyarətləriniz qəbul olsun".
 
BAKU.WS