SİZİN REKLAM BURADA!
055 213 76 73



Rusiya xarici işlər naziri Sergey Lavrovun keçirdiyi mətbuat konfransında azərbaycanlı jurnalistin: "Azərbaycan tərəfinin Ermənistana qarşı silahlı əməliyyatlar keçirəcəyi halda Rusiya Azərbaycanın daxili işinə qarşıcaq?" sualına verdiyi cavab sərt şəkildə tənqid edilir.
 
BAKU.WS xəbər verir ki, xarici işlər nazirinin verdiyi cavab birmənalı qarşılanmayıb. ATV telekanalının xəbərlər buraxılışında nazirin fikirləri sərt şəkildə tənqid edilib, hətta Lavrovun özünü Ermənistan xarici işlər naziri kimi də apardığı qeyd edilib.
 
"Lavrov özünü Ermənistan xarici işlər naziri kimi hiss etdi və elə sualı da erməni kimi cavablandırdı. Lavrovun Beynəlxalq hüququn bütün qanunlarını çeynədiyi son açıqlamasında isə Azərbaycan Xarici İşlər Nazirliyi cavab yox reaksiya verdi. Çünki bu cavabdan çox reaksiyaya bənzəyirdi. Beləliklə aydın oldu ki, əslində münaqişənin həllini uzadan kimdir, vəziyyəti hər dəfə ermənilərin xeyrinə dəyişməyə çalışan kimdir", - deyə kanalın aparıcısı Rusiya xarici işlər nazirinin fikirlərini tənqid edərkən bildirib.
 
Aynur Ələkbərova
BAKU.WS