VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


ATV-də yayımlanan "Yoxlama" verilişi yenidən paytaxt Bakıda yerləşən iaşə obyektlərində müşahidələr aparıb.
 
BAKU.WS xəbər verir ki, Azər İsmayılovun aparıcılığı ilə yayımlanan verilişin bu dəfə ki yoxlaması məşhur restoranlar şəbəkəsi "MADO"da baş tutub. Verilişin çəkiliş qrupu restoranın Nərimanov rayonunda və Nizami küçəsində yerləşən filiallarında olub.

Restoranın mətbəxində antisanitariya şəraiti və qablaşdırılmış məhsulların üzərində son istifadə tarixinin yazılmaması diqqət çəkib. Bundan başqa soyuducu və şkaflardakı çirk də veriliş komandasının diqqətindən yayınmayıb. Yeməklərin bişirilməsində istifadə edilən yağların vəziyyəti də heç də ürək açan olmayıb.

Verilişdən sözügedən kadrları sizə təqdim edirik:
 
Aynur Ələkbərova
BAKU.WS