SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Rusiya prezidenti Vladimir Putin İŞİD terror təşkilatını ittiham edib.

 
BAKU.WS-in məlumatına görə, Putin terror təşkilatın İslam dinini təhqir etdiyini və gözdən saldığını söyləyib. RF prezidenti İŞİD-in zülmünə qarşı mübarizə aparmaq üçün dünya ölkələrini geniş koalisiya yaradılmasına çağırıb. Onun sözlərinə görə, bu koalisiyanın əsas iştirakçıları müsəlman ölkələri olmalıdır.

"İŞİD yalnız bölgəyə deyil, həm də İslam öz qanlı cinayətləriylə ən böyük dünya dinini təhqir edir. İŞİD-çilər İslamı ələ salırlar, onun həqiqi, humanist dəyərlərini təhrif edirlər", - deyə Putin BMT-nin Baş Assambleyasında çıxış edərkən bildirib. 

Putin BMT-nin tribunasından müsəlman liderlərinə müraciət edib. "İndi sizin nüfuzunuz, sizin sözünüz çox əhəmiyyətlidir. İnsanları İŞİD-dən qorumaq lazımdır. Qardaş qətli, vətəndaş müharibəsinə son qoymaq üçün kömək etmək lazımdır", - deyə o, əlavə edib.
 
ŞAHİN Həbibov 
BAKU.WS