VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakı Metropoliteni sərnişinlərə xəbərdarlıq edib.

BAKU.WS xəbər verir ki, dekabrın 7-dən etibarən "Cəfər Cabbarlı” stansiyasının 1-ci yolu təmir-bərpa işlərinin aparılması ilə əlaqədar qısamüdətli bağlanacaq. 
Qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev təmir-bərpa işlərinin təxminən 2 həftə davam edəcəyini bildirib.

Belə olan halda, "Xətai" stansiyasına gedəcək sərnişinlər "Cəfər Cabbarlı" stansiyasının ikinci yolundan istifadə edə bilərlər.
 
Qeyd edək ki, 2-ci yol "28 May" stansiyasından "Cəfər Cabbarlı" stansiyasına keçərkən soldakı yoldur. Həmçinin "Cəfər Cabbarlı" stansiyasının eskalatorundan endikdən sonrakı sol istiqamət də 2-ci yola aparır.
 
Aytən.H
BAKU.WS