SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Abşeron Gənclər şəhərciyində (Akkord) gecə saatlarında yanğın baş verib.
 
19-cu blokun elektrik lövhələri enerji yüklənməsindən alışıb. Bu isə əvvəl blokda yaşayan sakinlər, sonra isə ətrafdakı blokların sakinləri araslnda panikaya səbəb olub.

Hadisə yerinə FHN Yanğınsöndürmə briqadası cəlb olunub. Təcili yardım maşınları və və polis qüvvələri əraziyə cəlb edilib. Təşvişə düşüb bloka çıxanlar və evlərində çarəsiz qalan sakinlər xilasedicilər tərəfindən dərhal evakuasiya olunub. Blokun və ətrafdakı binaların enerji təchizatı dayandırılıb.

Hadisə nəticəsində xəsarət alan olmayasa da tüstüdən zəhərlənmə ehtimalı olanlara təcili tibbi yardım maşınlarında müdaxilə edilib.
 
BAKU.WS