SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Mən prezident İlham Əliyevlə ilk dəfə hələ onun atası Heydər Əliyevin prezidentliyi dövründə Azərbaycana səfərlərimin birində tanış olmuşam. İlham Heydəroviç həmin vaxtlar SOCAR-ın vitse-prezidenti idi. Bu gün o, dünya miqyaslı dövlət xadimi olub”.

Virtualaz.org xəbər verir ki, bu sözləri "Moskva-Baku” portalına müsahibəsində Azərbaycanda 16 quru neft yataqlarının sahibi olan inquş əsilli milyarder Mixail Qutseriyev deyib. Onun sözlərinə görə, İlham Əliyevin bir neçə dil bilməsi, ziyalılığı, diplomatik yumşaqlığı, islahatçı təfəkkürü onu başqalarından fərqləndirir. "Məhz bu keyfiyyətlər Azərbaycanda bizim şahidi olduğumuz indiki dəyişikləri həyata keçirməyə imkan verdi”- biznesmen bildirib.

Mixail Qutseriyev deyib ki, ümumiyyətlə Əliyevlər ailəsi Qafqaz regionunun ən elit ailəsidir. "Mən qafqazlıyam, "Qafqaz” sözü mənim üçün boş şey deyil, məna kəsb edir. Mən mütləq şəkildə əminəm ki, Əliyevlər Qafqazın ən elit ailəsidir, bu sözün yaxşı mənasında. Azərbaycan bu gün qurub-yaratmağın, davamlı inkişafın, beynəlmiləlçiliyin, mötədil dindarlığın, dünyəviliyin bariz nümunəsidir”- Qutseriyev sözlərinə davam edib.

Biznesmen deyib ki, o, işləri ilə bağlı ayda bir dəfə Bakıya gəlir. Və bu günkü Bakı onun üçün iradənin, bir şəxsin və xalqın iradəsinin triumfu, qurub-yaratmağın nümunəsidir. "Azərbaycan nümunəi sübut edir ki, əgər dövlət başçısı müdrik adamdırsa nələr etmək mümkündür”- o əlavə edib.

Qutseriyev Bakını çox sevdiyini, şəhərdə krassovkalarını geyinib sahil boyu gəzdiyini, restoranlarda dadlı yeməklər yediyini də deyib.
 
BAKU.WS