VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Bir çox sürücü qəza işıqlarını yandıraraq avtomobili dayanma-durmanın qadağan edildiyi yerdə saxlayır. Yol polisi yaxınlaşdıqda isə maşını sürüb, ərazidən uzaqlaşırlar. Yol polisi belə sürücülərə xəbərdarlıq edir. Qadağan edilmiş ərazilərdə hətta bir neçə dəqiqəlik maşın saxlayanlar da kameralar vasitəsilə lentə alınacaq, cərimələnəcək və ünvanlarına protokol göndəriləcək.

Yolun kənarında dayanma və durmanı qadağan edən nişanı olsada avtomobillər qəza işıqlarını yandıraraq ərazidə dayanıblar. Baxmayaraq ki, yaxınlıqda kameralar var. Hazırda bir çox sürücü bu tələbə yalnız ərazidə yol polisi olduqda riayyət edirlər. Belə sürücülər yol polisi olmadıqda isə avtomobili qadağan edilmiş ərazidə saxlayırlar.

Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov isə bildirir ki, dayanma və durmanı qadağan edən nişanın təsir zonasında hətta avtomoli qısa müddətlikdə olsa saxlamaq qadağandır.

Bölmə rəisi bildirir ki, bir çox sürücü tələbləri pozduğu halda bəhanə gətirərək cərimədən yayınmaq istəyir.
 
BAKU.WS