SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bərdədə doğum evinin qarşısından yeni doğulmuş uşaq tapılıb.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, hadisə sentyabrın 11-də Bərdə Rayon Mərkəzi Xəstəxanasında baş verib. Xəstəxananın doğum şöbəsinin girişində yeni doğulmuş (təxminən 7 günlük) oğlan uşağı tapılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

x x x

Bərdədə yeni doğulmuş oğlan uşağı xəstəxananın qarşısına atılıb. Trend Region TV-yə istinadən xəbər verir ki, Bərdə Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinin girişində yeni doğulmuş, yanına uşaq yeməyi qoyulan, təxminən 7 günlük olan oğlan uşağı tapılıb. Körpə oğlanın evdə doğulduğu məlum olub. Onun üzündə və bədəninin müxtəlif yerlərində doğuş zamanı əmələ gəlmiş zədələr var.

Xəstəxananın həkimi Gülmira Məmmədova deyib ki, saat 11:15 radələrində, xəstəxananın qarşısında, çantanın içərisində körpə olduğu müəyyən edilib: "Körpənin yanında uşaq yeməyi də olub. Uşağı şöbəyə gətirib müayinə etdik. Oğlan uşağıdır. Çəkisi 2,5 kq, boyu isə 47 sm-dir. Uşaq sağlam sayılır. Lakin göbəyi primitiv şəkildə bağlanıldığından, bunu ev doğuşu hesab edirik".

Sənədlər hazır olduqdan sonra körpənin Gəncədəki uşaq evinə göndərilməsi nəzərdə tutulur.

BAKU.WS