SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) xarici tələbələr üçün nəzərdə tutulmuş 5 saylı yataqxanasının əsaslı təmirdən sonra açılış mərasimi keçirilib.
 
BAKU.WS-in məlumatına görə, açılışda çıxış edən ATU-nun rektoru, akademik Əhliman Əmiraslanov yataqxanada xarici tələbələrin rahatlığı üçün hər bir şəraitin yaradıldığını qeyd etdi. Rektor, yeni istifadəyə verilən binanı gəzərək, oradaki şəraitlə tanış oldu. O, yataqxananın təmirindən məmnunluğunu bildirib. 

ATU-nun xarici tələbələr üçün nəzərdə tutulmuş 5 saylı yataqxanası müasir standartlara cavab verəcək şəkildə tam təmir olunub. Təmirdən yeni çıxmış yataqxanada 273 nəfərin yaşayacağı nəzərdə tutulub.  8 mərtəbəli binanın 2 mərtəbəsində  qızlar, qalanlarında oğlanlar yaşayacaq.  Burada yataq otaqları ilə yanaşı oxu zalı, tələbələrin yaxınları ilə görüşməsi üçün qonaq otaqları, istirahət guşələri də mövcuddur. Yataqxanada yeməkxana və mətbəx də fəaliyyət göstərir. Otaqlar çarpayı ilə yanaşı soyuducu, yazı masası, zəruri mebel və sanitar qovşağı ilə təmin olunub. Ümumiyyətlə, yataqxananın bütün inventarları tam təzələnib. Sanitar qovşağı, istilik və su sistemləri yenidən quraşdırılıb.

Qeyd edək ki, Azərbaycan Tibb Universitetində tələbələrin yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə inşa edilmiş 6 yataqxana binası fəaliyyət göstərir. Onlardan 1 və 6 saylı yataqxanalarda ATU-da təhsil alan oğlan tələbələr, 2 və 3 saylı yataqxanalarda qız tələbələr, 5 saylı yataqxana da isə xarici tələbələr yerləşdirilib. 4 saylı yataqxanada müvəqqəti olaraq məcburi köçkünlər məskunlaşıb. Hazırda ATU-nun 1 saylı yataqxanasında  172 nəfər, 2 saylı yataqxanasında 160 nəfər,  3 saylı yataqxanasında  291 nəfər,  5 saylı yataqxanasında 273 nəfər, 6 saylı yataqxanasında isə 368 nəfər tələbə yaşayır.

Son 10 ildə ölkə Prezidenti İlham Əliyev cənablarının qayğısı və hörmətli rektorumuz Əhliman Əmiraslanovun təşəbbüsü sayəsində yerli və xarici tələbələrin istifadə etdikləri bütün yataqxana binalarında əsaslı təmir işləri aparılıb, binalar ən yeni avadanlıqlarla təchiz edilib, tələbələrin rahatlığı üçün hər cür şərait yaradılıb. 

Bu artıq ATU-da tam təmir olunub istifadəyə verilən 3-cü yataqxanadır. Rektorumuz Ə.Əmiraslanovun göstərişinə əsasən nöbəti illərdə tələbə yataqxanalarımız ardıcıl olaraq əsaslı təmir olunaraq tələbələrin ixtiyarına veriləcək. 
 
BAKU.WS