VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Ötən şənbə günü Bakının məşhur restoranlarından olan "Neolit”də Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımovun da iştirak etdiyi toy məclisində kütləvi dava olub.

Nəticədə adını dəqiqləşdirə bilmədiyimiz xidmətçi gənc möhkəm döyülüb.

Məclis iştirakçılarından birinin "AzPolitika”ya verdiyi məlumata görə, hadisə hansısa səbəbdən bir xidmətçi gəncin döyülməsi ilə başlayıb. Vəziyyət o qədər gərginləşib ki, icra başçısının özü də əlbəyaxa davaya qarışıb və Aqşin adlı bir nəfərə hücum edib. Arif Qasımov ona yüzlərlə adamın gözü qarşısında bir neçə zərbə endirdikdən sonra ailəsi ilə birlikdə toydan qovub, səhərisi gün isə Nizami rayonu ərazisində fəaliyyət göstərən çayxanasını bağlatdırıb.

Hücuma məruz qalan ofisiantın xəstəxanaya yerləşdirildiyi bildirilir. 
 
BAKU.WS