VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Bakının Yasamal rayonu ərazisində yol qəzası baş verib.
 
BAKU.WS azvision.az-a istinadla xəbər verir ki, qəza rayonunu Dadaş Bünyadzadə küçəsində qeydə alınıb. Belə ki, taksi fəaliyyəti ilə məşğul olan "Chevrolet aveo” markalı avtomobil "Toyota Land Cruiser” markalı avtomobillə qarşı-qarşıya toqquşub. Hadisə nəticəsində xəsarət alan olmasa da avtomobillərə ciddi ziyan dəyib.aleh Qaraşov

Qeyd edək ki, "Toyota Land Cruiser” markalı avtomobil Yasamal rayon Polis İdarəsi 29-cu Polis Bölməsinin rəisi Vüsal Qaraşovun xidməti avtomobilidir. Qəza baş verən zaman rəisin özü maşında olmayıb. Onun sürücüsü isə hadisə yerində xəsarət almayıb.

Faktla bağlı araşdırma aparılır. 

Xatırladaq ki, V.Qaraşov Lənkəran rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun oğludur.