VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Göygöl rayonunda partlayış baş verib.

"Report”un Qərb bürosunun verdiyi məlumata görə, rayonun Qırıqlı kənd sakini 1988-ci il təvəllüdlü Elnurə Ələddin qızı Kərimova hamam otağında çimərkən su qızdırıcısının ("kolonka”) partlaması nəticəsində xəsarət alıb. Xəstə Göygöl Mərkəzi Rayon Xəstəxanasına, oradan isə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə göndərilib.

Ona sifətin, kürəyin, hər iki yuxarı ətrafın yanığı diaqnozu qoyulub. E.Kərimovanın vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır. 
 
BAKU.WS