SİZİN REKLAM BURADA!
055 213 76 73


 
İyulun 28-də "Tərh-i No” qəzetinin türkləri təhqir etməsinə qarşı Tehran da daxil olmaqla Cənubi Azərbaycanın müxtəlif şəhərlərində kütləvi etiraz aksiyaları keçirilib.

BAKU.WS GünazTv-yə istinadən məlumat verir ki, Təbriz, Urmiyə, Ərdəbil, Zəncan, Xoy və s. kimi şəhərlərdə yığıncaqların keçirilməsi üçün nəzərdə tutulan məntəqələrə, çox sayda təhlükəsizlik qüvvələri cəlb olunub. Onlar etiraz aksiyalarının qarşısını almaq üçün müxtəlif zorakı tədbirlərə əl atsalar da, əhalinin qarşısını almağa nail olmayıblar və bir çox şəhərdə geniş etiraz aksiyası keçirilib.

Onlarla etirazçının saxlanıldığı aksiyalarda "Haray Haray mən türkəm”, "Ölüm olsun faşizmə”, "Azərbaycan milləti, Çəkməz bu zilləti” və s. kimi şüarlar səsləndirilib.

Xatırladaq ki, "Tərh-i No” qəzeti  iyulun 20-də Firdovsinin Şahnamə əsərindən bir hikayə nəşr edərək türkləri bədbəxt, irqi pis və s. kimi adlarla təqdim edib. Müəllif türklərlə yanaşı qadınlara da hörmətsizlik göstərib. "Ey tanınmaz və bədbəxt türk, iranlı pəhləvanların qüdrətindən xəbərin varmı?! Biz turanlıları kişi kimi tanımırıq, onlar hamısı qadındılar. Ey irqi pis olan türk sən kişilərlə savaşmaq üçün yaranmayıbsan, get qadınlar kimi əlivə pambıq və mil götür”- deyə qəzetdə dərc olunan yazının bir hissəsində qeyd olunub.

BAKU.WS