SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Azərbaycanda qeyri-adi toy mərasimi təşkil olunub. Hərbçi toyunun ilk dəqiqələrində himn səslənib. Daha sonra isə hərbçi olan bəy qonaqlardan Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğurunda şəhid olan əsgərləri bir dəqiqəlik sükütla yad edilməsini xahiş edib. Bundan sonra vətənpərvərlik ruhunda hazırlanmış videoçarx qonaqlara təqdim olunub. 

BAKU.WS bizimyol.info-ya istinadən bildirir ki, vətənpərvər cütlük toylarının maraqlı keçməsi üçün bir çox fərqliliklər edib. Toyun sonunda "Əsgər Marşı" səslənib və hərbi formalı şəxslərin müşaiyəti ilə aş süfrəyə gətirilib.

Toyun müxtəlif hissələrində isə hərbi forma geyinmiş rəqqaslar müxtəlif rəqslərlə qonaqların  marağına səbəb olublar.

Görüntüləri təqdim edirik:
 
BAKU.WS