SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 23-də II və III ixtisas qruplarının abituriyentləri (cari ilin məzunları ) üçün keçirilən qəbul imtahanının nəticələrini elan edib.

İmtahanda II ixtisas qrupu üzrə 2 abituriyent (Bakı şəhəri, İ.Hacıyev adına "Tərəqqi" liseyi və BDU-nun nəzdindəki Bakı Türk liseyinin məzunları) , III ixtisas qrupu üzrə də 2 abituriyent (Kürdəmir rayonu, 2 saylı şəhər orta məktəbi və Bakı şəhəri, 220 saylı məktəb-liseyin məzunları) onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə - 700 bal toplayıb.

BAKU.WS azvision.az-a istinadən bildirir ki, Türkiyə Dəyanət Vəqfi - Bakı Türk Liseyinin məzunu Fərid Hüseynov qəbul imtahanında II ixtisas qrup üzrə maksimum nəticə göstərərək 700 bal toplayıb.

Qeyd edək ki, Fərid Hüseynov Bakı Türk Liseyinin 14-cü 700 bal toplayan məzunudur.
 
BAKU.WS