VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən



 
Türkiyə Prezienti Rəcəb Tayyib Ərdoğan hərbi qiyama görə Bodrumdakı məzuniyyətini yarımçıq saxlayaraq İstanbula qayıdıb.
 
BAKU.WS xəbər verir ki, Dalamandan havaya qalxan bir nömrəli təyyarə Atatürk hava limanında yerə enib.

Ərdoğan hava limanında jurnalistlərə açıqlama verib. O deyib ki, üsyançılar barəsəində qanun çərçivəsində ölçü götürüləcək. "Bunu edənlər bilməlidirlər ki, bu xalqın iradəsini qıra bilməyəcəklər. Qiyamçılara lazımi cəzayı alacaqlar. Türkiyə bu cür hadisələrlə ucuz satılacaq bir ölkə deyil". 

Ərdoğan xalqı meydanlara səsləyərək dövlətin təhlükəsizliyinə qarşı birliyə dəvət edib.
 

BAKU.WS