SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Aprel döyüşlərində həlak olan şəhid Elvin Mirzəyevin qəbir daşının qoyulmasıyla bağlı xərcləri prodüser Tarix Əliyevin (Tolik) öz üzərinə götürməsindən sonra böyük səs-küy yaranıb. 
 
BAKU.WS-in məlumatına görə, Tolikin bu məsələni qabardmasından sonra şəhidin məzarı ilə bağlı xəbərə böyük reaksiya olub. Belə ki, Elvinin qardaşı Namiq bildirib ki, Xaçmaz rayon İcra Hakimiyyətindən şəhidin atasına zəng edilib və ona qəbir daşı üçün pul verilib.   
 
Tolik icra hakimi ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib. Onun sözlərinə görə, Xaçmaz icra hakimi Şəmsəddin Xanbabayevlə şəxsən əlaqə saxlayıb. Tolik vurğulayıb ki, hacı Şəmsəddindən hörmətdən başqa heçnə görmədim. 
 
BAKU.WS