VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Bakıda yol hərəkəti qaydalarını kobud şəkildə pozan «Galendewagen» markalı, 10 XC 300 dövlət nömrə nişanlı avtomobil Avtosfer.az-ın kamerasına tuş gəlib. Əməkdaşımız həmin avtomobilin sürücüsünün 28 May küçəsində qarşı yola çıxaraq qayda pozarkən videosunu çəkib. Görüntülərdən də məlum olur ki, sürücü başqaları ilə eyni sırada dayanmağı özünə sığışdırmadığı üçün əks yola çıxıb və soldan gələn avtomobillərin hərəkətinə mane olur.

Görəsən svetoforun qırmızı işığında başqaları ilə eyni sırada dayanmaq istəməyən bu sürücü qanunları açıq-aşkar tapdalayarkən kimə və nəyə güvənir? Həmin sürücünün kimliyi ilə bağlı araşdırmalarımız davam edir.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsində bu cür qayda pozuntusuna görə 100 manat, 4 bal cərimə nəzərdə tutulur.

Maddə 327.4. Birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə yüz manat məbləğində cərimə edilir.
 
BAKU.WS