SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakıda ağır qətl hadisəsi baş verib.

BAKU.WS bildirir ki, Bakı Şəhər Prokurorluğundan Trend-ə verilən məlumata görə, hadisə iyunun 20-də axşam saat 21:30 radələrində paytaxtın Suraxanı rayonu ərazisində baş verib.

Belə ki, rayonun Qaraçuxur qəsəbəsində yaşayan Tural Kazımov həyat yoldaşı, 1991-ci il təvəllüdlü Maya Kazımovanı yaşadığı evdə qısqanclıq zəminində boğaraq öldürüb.

Faktla bağlı Suraxanı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.