055 213 76 73
Bakı metropoliteninin tikilməkdə olan yeni metrostansiyalarından olan "Avtovağzal” ərazisində piyada körpüsü salınacaq.
Bakı metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin BAKU.WS-ə verdiyi məlumata görə, piyada keçidi Bakı-Sumqayıt yolu üzərindən metrostansiya qarşısına qədər uzanacaq.
"Avtovağzal” stansiyasında sərnişinlərin hərəkətini asanlaşdırmaq üçün inşa edilən piyada keçidi gələn il hazır olacaq.
Qeyd edək ki, "Avtovağzal" və "Memar Əcəmi-2" gələn ilin ilk yarısına qədər istifadəyə veriləcək.
Ziya Səccad
BAKU.WS