SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Qoç - Yeni işgüzar əlaqələrə başlamaq üçün uğurlu ərəfədir. Amma aldanma ehtimalınız da var. 

Buğa - Özünüzü enerjili hiss etməyəcəksiniz. İstirahətə vaxt ayırın. 
 
Əkizlər - Köməyə ehtiyacınız var. Bəxtiniz gətirə bilər. Nahardan sonra etibar etdiyiniz adamlardan dəstək alacaqsınız. 

Xərçəng – Hava şəraiti əsəblərinizi korlaya bilər. Allergiyanız varsa, günü evdə keçirməyə çalışın. 

Şir - Atdığınız hər addımı yüz ölçüb, bir biçin. Nahardan sonra maraqlı hadisələrin şahidi olacaqsınız.
 
Qız - İş yoldaşlarınızla, həmçinin çoxdan bəri görüşmədiyiniz tanışlarla münasibətləri yaxşılaşdırmaq haqqında düşünəcəksiniz. 
Yersiz atmacalara cavab verməyin. 

Tərəzi - Məhəbbət sarıdan üzünüz güləcək. Sevilməyə layq olduğunuzu sübut edəcəksiniz. 

Əqrəb - Maddi durumunuzu yaxşılaşdırmaq üçün geniş imkanlarınız var. Bu gün başqalarının rəyini ciddi qəbul etməyin.
 
Oxatan – Sizdən yaşca böyüklərəl problem yaşaya bilərsiniz. Ancaq onların üzünə ağ olmayın. Dostla düşməni ayırmağı bacarmalısınız.
 
Oğlaq - Səhhətiniz qaydasında olacaq. Təzyiq bu gün sizi narahat etməyəcək. İşlərinizi tammalaya bilərisiniz.

Dolça - Emosiyalarınızı buxovlamalı, qeyri-ciddi işlərinizi təxirə salmalısınız. Sizi sevən insanlara vaxt ayırın.

Balıqlar - Liderliyə can atmayın.  Yoxsa ətrafdakıların ikrahını qazana bilərsiniz.