VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Qubada sel suları körpünü dağıtdı.
 
BAKU.WS ANS-ə istinadən xəbər verir ki, dağ çayı olan Ağçaya gələn sel Tülər kəndi ərazisində yenidən problemə səbəb olub. Hər il yaz-yay aylarnda daşan çay əhali üçün çətinlik yaradıb.
 
Son günlər müşahidə edilən intensiv yağışlar nəticəsində sel kənd ərazisində körpünün bir hissəsini aparıb. Yerli sakinlər də köhnə körpüdən istifadənin təhlükəli olduğunu deyirlər.
 
Kənd sakini Abdulla Müslümovun sözlərinə görə, bu körpü 1200 əhalisi olan Tülər kəndinin rayon mərkəzi, müvafiq qurumlar, xəstəxana ilə əlaqəsini təmin edir.
 
Sakinlərin sözlərinə görə, hər dəfə seldən sonra körpü müvəqqəti düzəldilsə də sel gələn kimi acınacaqlı vəziyyət yenidən təkrarlanır.
 
Artıq əraziyə körpünü müvəqqəti bərpa etmək üçün rayon Fövqəladə Hallar Komissiyası tərəfindən texnika da göndərilib. Qəzadan sonra əraziyə gələn rəsmilər bu il ərzində körpü və yol probleminin həll ediləcəyinə növbəti dəfə vəd verməklə kifayətləniblər.

BAKU.WS