VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Ukraynanın Lvov vilayətinin erməni diasporunun nümayəndələri şəhərdə baş verən davaya görə azərbaycanlılardan üzr istəyiblər. Bu barədə ANS PRESS-ə Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun  (UABD) sədrinin birinci müavini Murad Cəfərov məlumat verib.

Lvov vilayətinin polis idarəsinin akt zalında keçirilən brifinqdə Ukraynadakı Azərbaycan və Ermənistan diasporalarının nümayəndələri iştirak ediblər. Brifinq Lvov vilayətinin polis idarəsinin rəis əvəzi general Dmitri Zagariyanın  idarəçiliyi ilə keçib.

Brifinqdə iştirak edən Lvov vilayəti üzrə UABD -nin nümayəndəsi Məcid Nuxiyev deyib ki, erməni diasporunun sədri Nikolay Koçaryan rəsmi şəkildə azərbaycanlılardan üzr istəyib.

"Nikolay Koçaryan bir daha belə hallar baş verməyəcəyini deyib”, - deyə Məcid Nuxiyev bildirib.

Azərbaycan nümayəndəsi isə deyib ki, Ukrayna bizim ikinci vətənimizdir.”Burada bizim övladlarımız yaşayır. Etnik zəmində provakasiya qurmağa nə ehtiyac, nə də zərurət var”.

Görüşün keçirildiyini Ermənistan nümayəndələri də təsdiqləyib. Ermənistanın "news.am" saytına açıqlama verən icmanın rəhbəri Nikolay Koçaryan deyib ki, görüş ermənilər və azərbaycanlılar arasında davanın müzakirə edilməsi məqsədi ilə keçirilib. Koçaryan üzr istəmələri barədə heç bir məlumat verməyib. 

"İcma üzvüləri görüşdülər, barışdılar.  Onlar gələn həftə də problemləri müzakirə etmək üçün görüşmək niyyətindədirlər. Hal-hazırda hər şey  yaxşıdır”, - deyə Nikolay Koçaryan  bildirib. 

Mayın 14-də Lvov şəhərində keçirilən Kunq fu və Uşu üzrə Avropa çempionatında ermənilər təxribata əl atıb. Çempionatda baş verən qalmaqala səbəb separatçı rejimin bayrağının arenaya gətirilməsi və uduzduğunu görən erməni idmançının rinqdən kənarda dayanan nümayəndə heyətinin üzvünə hücumu olub.

Bundan sonra iki ölkəni təmsil edənlərlə yanaşı, çox sayda insan da davaya qoşulub. Yuxarıda adıçəkilən idmançılarımız ermənilərin əlindən qondarma rejimin "bayrağını" əllərindən alaraq cırıb ayaq altına atıblar. Dava isə emənilərin hamısının yarış keçirilən stadiondan qaçması ilə başa çatıb. Yarışmanın təşkilatçıları Azərbaycan və Ermənistan yığmasını Avropa çempionatından kənarlaşdırıb.

Daha sonra mayın 16-da ermənilər və azərbaycanlılar arasında yenidən gərginlik yaşanıb.

Şəhərdə yaşayan ermənilər Lvovun mərkəzi küçələrində ticarətlə məşğul olan azərbaycanlılara dəstə halında hücum ediblər. Ermənilər hücum zamanı travmatik silahlardan istifadə ediblər.  Həmyerlilərimiz arasında 6 nəfər xəsarət alıb.

Ukrayna Daxili İşlər Nazirliyi də Lvov şəhərində ermənilərin azərbaycanlılara hücumuna rəsmi reaksiya vermişdi. Açıqlamada davada  25-45 yaşda təxminən iyirmi nəfər iştirak etdiyi bildirilirdi.  
 
BAKU.WS