VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
 

Bu gün bəzi saytlarda və sosial şəbəkələrdə Azərbaycan Müdafiə Nazirliyinin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıqovun vəzifəsindən kənarlaşdırıldığı xəbəri yayılıb.

BAKU.WS bildirir ki, məsələ ilə bağlı modern.az saytı Müdafiə Nazirliyi ilə əlaqə saxlayıb.

Nazirliyin mətbuat xidmətinin rəhbəri polkovnik Vaqif Dərgahlı deyib ki, yayılan məlumatlar tamamilə yalan və əsassızdır:

"Bu barədə qeyri-ciddi saytlarda və sosial şəbəkələrdə yayılan məlumatlar tamamilə yalandır, şayiədir və heç bir əsası yoxdur"

Qurum rəsmisi bildirib ki, məsələ ilə bağlı rəsmi açıqlama da yayılacaq:

"Belə əsaslandırılmamış məlumatlara inanmayın. Məsələ ilə bağlı rəsmi açıqlama da yayacağıq".

Nəcməddin Sadıkqov 1992-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində briqada komandiri, korpus komandiri, Cəbhə komandanının birinci müavini - Cəbhənin Səhra İdarəetmə Qərargahının rəisi vəzifələrində xidmət edib.

2 noyabr 1993-cü ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi - müdafiə nazirinin birinci müavini vəzifəsinə təyin edilib.
 
Müdafiə Nazirliyi Baş qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovun istefası məsələsinə aydınlıq gətirib. Sputnik-in bu barədə sorğusuna cavabında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Vaqif Dərgahlı bildirib ki, Nəcməddin Sadıkov barədə yayılan məlumatların heç bir əsası yoxdur.

"Nəcməddin Sadıkovun vəzifədən azad edildiyi barədə sosial şəbəkələrdə və bir sıra saytlarda gedən materiallar dezinformasiyadır. General-polkovnik vəzifəsinin başındadır" — deyə Vaqif Dərgahlı bildirib.

Qeyd edək ki, bu gün ölkənin bir sıra KİV-lərində və sosial şəbəkələrdə Nəcməddin Sadıkovun vəzifədən azad edildiyi barədə məlumatlar yayılıb.

 
BAKU.WS