VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

 

Türkiyə baş naziri Əhməd Davudoğlu Azərbaycan-Ermənistan cəbhə xəttidə son günlər baş verən atışmalara münasibət bildirib. 
 
BAKU.WS-in məlumatına görə, Ə.Davudoğlu Prezident İqamətgahında "Zəfər Bayramı" münasibətilə təşkil edilən ziyafətdə jurnalistlərin ünvanladığı sualları cavablayıb. Azərbaycan sərhədində son günlər müşahidə olunan gərginlikdən danışan baş nazir sözlərinə belə davam edib:
 
"Can Azərbaycana salam. Türkiyə burada olduğu müddətcə Azərbaycanın sərhədlərində heç bir problem olmaz. Həmişə bərabərik. 30 avqust "Zəfər Bayramı" Azərbaycanın da bayramıdır. Azərbaycanın bayramı da bizim bayramımızdır", - deyə Ə.Davudoğlu əlavə edib. 
 
Qeyd edək ki, xüsusilə son günlər ermənilər cəbhədə fəallaşıb. Azərbaycan Ordusu davamlı olaraq atəşkəsi pozan düşmənə layiqli cavab verib.
 
ŞAHİN Həbibov
BAKU.WS