VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

  

Erməni işğalı altında olan Qarabağın Şuşa şəhərində rusiyalı iş adamı German Sterliqovun həyat yoldaşı Alyona Sterliqovanın geyim kolleksiyasının təqdimatı olub.

"Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, moda nümayişi Cıdır düzündə baş tutub. 

Təqdimatda yerli sakinlər və turistlər iştirak edib. 
 
Xatırladaq ki, bu ilin iyul ayında rusiyalı iş adamı Sterliqov Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfər edib. Sonda Azərbaycan sözügedən sahibkarı "arzuolunmaz şəxs" elan edib, ardından isə dövlət sərhədlərini qanunsuz olaraq pozmaq və qondarma "Dağlıq Qarabağ"a dəstək verməkdə müqəssir bilərək barəsində cinayət işi qaldırılıb. İyulun 28-də Sterliqov beynəlxalq axtarışa verilib.
 
BAKU.WS