VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Qarabağda Azərbaycan Silahlı Qüvvələrinin sarsıdıcı cavab zərbələrindən sonra Ermənistan xarici işlər naziri dolayısı ilə ölkəsinin geri çəkildiyi barədə açıqlama verib.

BAKU.WS-in məlumatına görə, Ermənistan XİN başçısı Edvard Nalbandyan bir neçə gün əvvəl prezident Serj Sarkisyanın "Təhlükəsizliyə zəmanət verilmədən İrəvan danışıqlar prosesinə qayıtmağı planlaşdırmır. Qarabağda hər an müharibə başlaya bilər" bəyanatını geri götürüb,

Nalbandyan bildirib ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesindən imtına etmir.

Qeyd edək ki, aprelin 24-də Sarkisyan bəyan etmişdi ki, Dağlıq Qarabağ münaqişəsi zonasında müharibə "istənilən an” başlaya bilər və münaqişənin nizamlanmasına dair danışıqların perspektivi çox azdır.

Ermənistan prezidenti müsahibədə ilk dəfə açıq şəkildə bildirib ki, danışıqlardan imtina edir  və indiki şərtlərdə danışıqlar prosesinə qayıtmağı planlaşdırmır.