VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Azərbaycanda turizmin problemlərindən danışanda ən çox xatırlanan səbəb hotellərin bahalığıdır. Amma əksəriyyətin xəbəri yoxdur ki, yaxşı axtarılsa, Bakıda da çox sərfəli qiymətə hotel, hostel və qonaq evləri tapmaq olar.

15-30 manatlıq hotellər

Fins.az-ın araşdırmasına əsasən, belə hotellərin bir gecəsi15-30 manat arasında dəyişir. Doğrudur, bu yerlərdəki şərait 5 ulduzlu brend hotellərdəki kimi deyil. Amma onsuz da aktiv istirahəti, yəni gəzməyi sevənlər adətən bahalı otaqlarda deyil, daha çox münasib qiymətə, təmiz məkanlarda qalmağa üstünlük verirlər. Üstəlik, qiymətlərə səhər yeməyi və əlavə xidmətlər də aiddir. Beləliklə...

1. "Hostel Land of Fire" - 15 MANAT

İçərişəhərdə, Böyük Qala küçəsi Qəsr 4/3ünvanında yerləşən "Hostel Land of Fire" hostelində siz 4 və 6 nəfərlik otaqlarda gecəsi 15 manata qala bilərsiniz. Bu qiymətə səhər yeməyi, wi-fi, kabel televiziyası, kondisioner, computer, mətbəx əşyaları və digər ev əşyalarından istifadə daxildir. Qeyd etdiyimiz hostel Filarmoniya parından təxminən 100 m məsafədə yerləşir. Hosteldə sizi 24 saat fəaliyyət göstərən resepşın qarşılayacaq.

2. "Naftalan Guest House" - 15 MANAT

Bakıda Nərimanov rayonu, Montin bazarının yanında yerləşən "Naftalan Guest House"da gecəsi 15 və 20 manata iki və daha çox adamın qala biləcəyi otaqlar tapa bilərsiniz. Qiymətə səhər yeməyi, wi-fi, kondisioner və evdə olan əşyalardan istifadə daxildir. Hostel Heydər Əliyev Mədəniyyət Mərkəzindən 700 m uzaqlıqdadır.

3. "Baku Old City Hostel" - 18 MANAT

Səbail rayonu, Vəli Məmmədov küçəsi, 24/10 ünvanında tapa biləcəyiniz "Baku Old City Hostel"ində 18 manat ödəməklə 8 nəfərlik ümumi otaqlarda gecələyə bilərsiniz. Qeyd olunan qiymətə səhər yeməyi də daxil olmaqlar hosteldə wi-fidan və ev əşyalarından ortaq istifadə edə bilərsiniz. Hostel Sahil Bulvarından 400 m məsafədə yerləşir.

4. "ATFK Hotel" - 25 MANAT

"Nərimanov" metro stansiyası yaxınlığında Aşıq Molla Cümə küçəsində ucuz hotel tapa bilərsiniz. "ATFK Hotel"də siz gecəsi 25 manata bir nəfərlik, 30 manata iki və üç nəfərlik, 25 manata 4 nəfərlik otaqlarda qala bilərsiniz. Hoteldə səhər yeməyi, kondisioner, wi-fi, kabel televiziyası, telefon da daxil olmaqla bütün otaq əşyalarından istifadə edə biləriniz. Hotel həmçinin "Gənclik" metro stansiyasından 20 dəqiqə uzaqlıqda yerləşir.

5. "Hasanovs Villa" - 25 MANATA

"Hasanovs Villa" Bakının mərkəzindən xeyli uzaqda - Buzovna qəsəbəsində yerləşir. Burada 25 manata iki və üç nəfərlik otaqlarda gecələyə bilərsiniz. Qiymətə səhər yeməyi, pulsuz wi-fi da daxildir. "Hasanovs Villa" dan bağ evi kimi də istifadə etmək olar. Villa Xəzər dənizindən 6 km, Heydər Əliyev Beynəlxalq Hava Limanından 7 km uzaqlıqdadır. Burada ödənişsiz parking də yerləşir.

6. "AEF Hotel" - 27 MANAT

"AEF Hotel" Badamdar qəsəbəsində yerləşir. Bağlar küçəsi 8 ünvanını tapa bilməsəniz, Tacikistan səfirliyini soruşa bilərsiz - hatel səfirliyin yanındadır. Burada 27 manata bir nəfərlik, 36 manata 2 nəfərlik otaqlarda qalmaq olar. Otaqda çarpayıdan başqa yumşaq mebellər. Qiymətə səhər yeməyi, wi-fi və bir sıra əlavə hotel xidmətləri də daxildir.

7. "The Empire Hotel" - 30 MANAT

Xaqani 89, ünvanına yerləşən "The Empire Hotel"inin gurultulu adı müştəri çəkindirməsin. "The Empire Hotel" Bakının mərkəzində ən münasib qiymətə olan hotellərindəndir. Burada bir nəfərlik standart otaq 30 manat, iki nəfərlik otaqlar isə 40 manatdır. Xidmətə səhər yeməyi, kondisioner, wi-fi və hotel xidmətləri daxildir. Hotel Bakı Bulvarından 5 dəqiqəlik məsafədə yerləşir. Burda siz 24 saat fəaliyyət göstərən restoran ilə bar da tapa bilərsiniz.

8. "Old Baku Hotel" - 40 MANAT

"Old Baku Hotel" Bakının mərkəzində yerləşən 40 manata gecələyə bilərsiniz. Bu qiymətə səhər yeməyi wi-fi da daxildir. İçərişəhərdə yerləşir, "İçərişəhər" metrosu, Şirvanşahlar sarayı və Qız Qalası üçbucağının mərkəzində yerləşir.

9. "Smith Hotel" - 40 MANAT

"Smith Hotel"in otaqlarının qiyməti 40 manatdan başlayır. Səhər yeməyi və wi-fi da qiymətə daxildir. Bakı vağzalına 3 km uzaqlıqda yerləşən hoteldə restoran və bar da sizin xidmətinizdədir.

10. "Bosfor Hotel" - 45 MANAT

Əhməd Rəcəbli küçəsi 25C ünvanındakı "Bosfor Hotel"də gecəsi 30-35 manata bir nəfərlik otaqda gecələyə bilərsiniz. Çox səliqəli və sakit hoteldə səhər yeməyi də istəsəniz əlavə 10 manat ödəməli olacaqsınız, wi-fi isə pulsuzdur. Hoteldə idman salonu və üzgüçülük hovuzu da var.
 
BAKU.WS