» » "Sizin 3-cü sinif şagirdi özünü öldürmək istədi" - Ekspertlə məktəb direktoru arasında QALMAQAL


12-01-2019 | 11:21

  • 1 113

"Sizin 3-cü sinif şagirdi özünü öldürmək istədi" - Ekspertlə məktəb direktoru arasında QALMAQAL


"Mən heç kimin demədiyini deyən biriyəm. Buna görə də bir çoxları tez – tez mənim fikirlərimdən narahat olurlar. Ölkədə fikir azadlığı var və bu ölkə başçısının siyasətinin əsasını təşkil edir, bu konstitusiyanın vətəşdaşa verdiyi hüquqdur.

Bu sözləri BAKU.WS-ə açıqlamasında, təhsil eksperti Kamran Əsədov Bakıdakı 302 saylı məktəbin direktoru Səkinə Rzayevanın onun haqqında yazdığı tənqidi məqaləyə münasibət bildirərkən deyib.

Eksper məktəb direktorunun ittihamlarına cavab verərkən ortaya faktlar qoyub:

"İlk növbədə qeyd edim ki, tənqidə çox açıq insanam və bu baş verəndə çox sevinirəm. Çünki bunun vasitəsi ilə daha da təkmilləşir, çatışmazlıqlarımı müəyyən edib aradan qaldırıram. Amma haqlı tənqid. Amma beləsi demək olar ki, olmur.Əgər bu direktor səsləndirdiyi əsassız faktlara görə tabeliyində olduğu qurumların rəhbərliyi tərəfindən məsuliyyətə cəlb olunmasa, deməli, bu dolayısı ilə Təhsil nazirliyinin, Bakı şəhər Təhsil İdarəsinin prezidentin açıq sözə, fikrə münasibətinə qarşı olması deməkdir. Düşünürəm ki, bu qurumlar həmişə tənqidə açıq olublar və çatışmazlıqları dediyimə görə mənə qarşı heç vaxt kin güdməyiblər. Amma bu xanım direktor deyəsən özünü rəhbərliyinə xoş göstərmək üçün vəzifə səlahiyyətlərini aşıb. Yəni Roma papasından artıq katolik olmaq istəyib. Belə ki, Mikayıl Cabbarovun vaxtından etibarən nazirlik bizdən irad və təkliflərimizi bildirməyi həmişə istəyib və buna müsbət yanaşıb. Ümumi işin xeyri üçün buna həmişə ehtiyac olduğunu deyiblər.

Hörmətli direktora deyim ki, hər gün dərs saatlarında Bakı küçələrində əlində abituriyent jurnalı olan nə qədər şagird gəzir. Əslində orta məktəbdə olmalı olan şagirdlər hazırlıq kurslarında, repititor yanındadırlar. Heç bir məktəb direktoru şagirddən nəsə almasa uşağı 5-6-cı saatdan, və ya həftənin müəyyən günləri buraxmır. Ya buraxmır, ya da nəyinsə qarşlığında uşaq dərsə gəlməsin, hazırlıqlara getməsinə icazə verir.
Sizin məktəbin də vəziyyəti eynidir. Mən yaxın vaxtlarda sizin məktəbə mütləq gələcəm və gəlib 6-7-ci saatlarda davamiyyətə baxacam, əmin olun. Onsuz da, sizin məktəb barədə informasiyalarım var və onları zaman - zaman işıqlandıracam. Siz peşəkar təhsil işçisi olsaydınız çalışdığınız məktəbin təlim, tədris nəticəsi yaxşı olardı. Bunu mən demirəm, bunu Dövlət İmtahan Mərkəzinin rəsmi rəqəmləri deyir.
Bu həmən şəxsin rəhbəri olduğu orta məktəbin göstəricisidir. Məhz siz rəhbərliyə başladıqdan sonra məktəbin çox sürətlə geriyə gedir.
302 saylı orta məktəbin ali məktəblərə qəbul olma faizinin dinamikasıda onu göstərir ki, bu məktəbdə thsilin keyfiyyəti orta statistik rəqəmlərdən dəfələrlə aşağıdlr. Təkcə 2017-ci ildə 302-saylı orta məkətin mzunlarının ali məktəblərə qəbul faizi 50 faizdən aşağı olub.

Bu da 302 saylı orta məktəbin son illərdəki bərbad nəticəsinin göstəriciləri:
Məktəbdə təkcə təhsilin dəviyyəsi aşağı deyil, eyni zamanda idarəetmə. Psixloji xidmətin vəziyəti də bərbaddlr. Orda şagirdin başına nə oyun açırlarda, onlar intihar edir. 11 Oktyabr 2018-də 302-saylı orta məktəbin 3-cü sinif şagirdi intihara cəhd edib. Bu məktəndə şagird tənəffüs zamanı məktəbin 3-cü mərtəbəsinə qaçaraq özünü pəncərədən atmaq istəyib. Yəni bunlar göstərir ki, 302-saylı orta məktbdə sağlam mühit yoxdur. Hesab edirəm ki, BŞTİ bununla bağlı tədbir görəcək. Əks halda bu kimi aşağı nəticəsi olan məktəb rəhnərliyinin vəzifədə saxlanılmasında hansısa maddi marağln olduğunu düşünəcəm.

Mən yenədə deyirəm, Bakı şəhərində bir çox məktəb direktoru 10-11-ci sinif şagigrdlərini nəyinsə qarşılığında dərsə gəlməməsinə göz yumur. Hətta bir çoxu şagirdlərin xüsusi müəllimlərin yanına, hazırlıq kurslarına getməsini tövsiyə, israr edir və bunun qarşılığında aylıq haqq alırlar.

Soğan yeməmisiz, bəs soğanlar hanı? Sədəcə olaraq, mənim uğurlarım bir çoxlarını narahat edir. Belələri bədbaxt insanlardır. Mən təhsilin inkişafı üçün 15 ildir təmənansız fəaliyyət göstərirəm. Amma sizlərin təhsildə heç bir rolunuz, fəaliyyətiniz yoxdur. Mən dəfələrlə müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırıması üçün çoxsaylı təkliflərə çıxış etmişəm. Mən də müəlliməm. Heç kim hansısa bir meəllimi təhqir etdiyimi deyə bilməz. Mən sadəcə olaraq dövlətin rəsmi rəqəmlərini deyirəm, belə çıxır ki, Səkinə xanım, siz dövlətə qarşı çıxırsınız?!

Sizin təkcə təlim nəticəsiniz aşağı deyil, düşünürəm ki, savadınız da aşağıdır. Sizin direktor olmağınız sizin ağıllı, savadlı olmağınız demək deyil. Mən direktor olmaq üçün yox, təhsil biliklərimi artırmaq üçün təlimlərə qoşulmuşdum. Müsabiqə və müsahinəni keçəndən sonra özüm təyinatdan imtina etdim. Çünki özəl sektorda fəaliyyət mənim üçün daha effektivdir. Ona görə ki, mən daima axtarışdayam, daima öz üzərimdə işləyirəm.
Mən sizi tanımıram, tanımaqda da maraqlı deyiləm. Amma tövsiyə edirəm ki, mənim ödədiyim vergi hesablna aldığın maaşın haqqını ver. Mən sizdən fərqli olaraq sözün düzünü deyirəm. Zəhmət olmasa ümumi fikirlə yox, mənim fikirlərimə fakrlarla cavab ver. Bax, mən faktlarla sizin məktəbin nəticələsinin nə qədər bərbad olduğunu deyirəm. Sizin rəbərliyiniz altında çalışdığınız məktəbin buraxılış və qəbul imtahanlarında nəticələri olduca aşağıdır. Sosial şəbəkələrdə vaxt keçirməkdənsə, zəhmət olmasa, arada bir məktəbə baxın. Yoxsa sizə yeni vəzifə verilib ki, ölkədə həddi, sərhəddi müəyyən edirsiniz? Siz öncə öz işinizlə məşğul olun. Sizin fəaliyyətiniz dövründə məktəbin 3-cü sinif şagirdi özünü öldürmək istədi.
Bir də, mən heç kimi, heç bir müəllimi təhqir etmirəm. Təhsil Nazirliyinin keçirdiyi rəsmi imtahanların nəticələrini paylaşıb şərg edirəm. Bu da imtahan iştirakçıkarının öz nəticəsidir.

Son 2 il ərzində 302 saylı orta məktəbin məktəbin məzunlarının ali məktəblərə orta qəbulolma faizi 26.85, qəbulolma göstəriciləri üzrə ümumiləşdirilmiş reytinq isə 0.630 bərabər olmuşdur. 2016 -2017-2018-ci illərin qəbul kampaniyalarında qəbulolma faizi orta respublika göstəricisindən aşağıdır. Son qəbul kampaniyasında qəbulolma faizi 17.92% azalıb. Bu 302-saylı orta məktəbin thəsil səviyyəsinin nə qədər yarıtmaz olduğunu göstərir. Yəni bu DİM-in rəsmi rəqəmləridir".

K.Əsədov heç bir informasiyanı rəsmi mənbəyə istinad olmadan ortaya çıxarmadığını qeyd edib: "Həmişə demişəm, indi bu savadsız şəxsə yenə də deyirəm ki, mənim səsləndirdiyim rəqəmlər, fikirlər hamısı rəsmi statistic göstəricilərə söykənir. Yəni təhsil Nazirliyinin keçirdiyi imtahanlar, DİM-in keçirdiyi imtahanlardan ortaya çıxan rəqəmləri deyirəm, yazıram. Sadəcə olaraq sizlər nə işlə məşğul olduğunuzu blmədiyiniz üçün, bir kitab, elmi jurnal oxumadığınız üçün məlumatınız yoxdur. Mən heç vaxt müəllimləri təhqir etməmişəm. Belə çıxır ki, siz tabeliyində çalışdığınız nazirliyi ittiham edirsiniz. Çünki DQ, MİQ, “İstedadlı şagirdlər üçün istedadlı müəllim” və digər imtahanları keçirən, müəllimlərin bilik və bacarıqlarını ortaya çıxaran onlardır. Siz bunlardan təhsildən xəbərsiz olduğunuz kimi məlumatsız olduğunuza görə xəbərdar deyilsiniz. Belə olan halda siz təhsil nazirliyi və Bakı şəhər Təhsil İdarəsini təhqir edirsiniz".

302 saylı orta məktəbin respublika üzrə qəbulolma faizinin orta qiyməti 38.64% təşkil etmişdir (ixtisas qrupları üzrə: I qrup - 45.63%; II qrup - 55.46%; III qrup - 34.48%; IV qrup - 24.67%; V qrup - 31.38%;). Cədvəldən göründüyü kimi, məktəbin məzunlarının qəbul olma faizi orta respublika göstəricisindən çox aşağıdır. Məktəbin məzunlarının orta balı orta respublika göstəricisindən çox aşağıdır. Gör məni kim tənqid edir? Öz gözündə tiri görmür, mənim gözümdə çöp axtarır".

Zülfiyyə Qurbanova
BAKU.WS
Top XəbərlərЛучшее на сайте
Sabah Bakıda böyük təhlükə olacaq - uşaqlar və yaşlıları QORUYUN! Sabah Bakıda böyük təhlükə olacaq - uşaqlar və yaşlıları QORUYUN! Əsas Xəbər / Həyat tərzi Bakıda hava daha da pisləşdi - SON VƏZİYYƏT - FOTO (YENİLƏNİB-2) Bakıda hava daha da pisləşdi - SON VƏZİYYƏT - FOTO (YENİLƏNİB-2) Əsas Xəbər / Sosial Maskalı şəxs “Bazarstore”a silahlı basqın etdi – Yaralı var Maskalı şəxs “Bazarstore”a silahlı basqın etdi – Yaralı var Kriminal SON DƏQİQƏ – Bakıda bütün məktəblərdə dərslər DAYANDIRILIR SON DƏQİQƏ – Bakıda bütün məktəblərdə dərslər DAYANDIRILIR Əsas Xəbər / Sosial İlham Əliyev məmurların lüks avtomobillərini əlindən alır İlham Əliyev məmurların lüks avtomobillərini əlindən alır Siyasət Pərvin bu dəfə də tənqid edildi - Pərvin bu dəfə də tənqid edildi - "Hər yerin çöldə qaldı" (VİDEO) Şou-biznes / Video Bakıda güclü küləyin ağır fəsadı - TIR aşdı (VİDEO) Bakıda güclü küləyin ağır fəsadı - TIR aşdı (VİDEO) Hadisə / Video Azərbaycanda yayılmış vahiməli “Whatsapp” səs yazısı barədə RƏSMİ AÇIQLAMA Azərbaycanda yayılmış vahiməli “Whatsapp” səs yazısı barədə RƏSMİ AÇIQLAMA Əsas Xəbər / Video / Sosial Azərbaycanda ifrat təhlükəli hidrometeoroloji hadisə gözlənilir - Qərargah yaradıldı Azərbaycanda ifrat təhlükəli hidrometeoroloji hadisə gözlənilir - Qərargah yaradıldı Sosial SON DƏQİQƏ! 1700-dən çox neftçi təxliyə edilir SON DƏQİQƏ! 1700-dən çox neftçi təxliyə edilir Əsas Xəbər / Hadisə Yanvarın 17-də uşaqları bağçalara APARMAYIN! - RƏSMİ XƏBƏRDARLIQ Yanvarın 17-də uşaqları bağçalara APARMAYIN! - RƏSMİ XƏBƏRDARLIQ Əsas Xəbər / Sosial Azərbaycanda şərikinin arvadı ilə bir yerdə tutuldu - Boğazını kəsdi Azərbaycanda şərikinin arvadı ilə bir yerdə tutuldu - Boğazını kəsdi Hadisə Xəzər dənizində vahiməli görüntülər – VİDEO Xəzər dənizində vahiməli görüntülər – VİDEO Hadisə / Video “Hell” və “Bizon” ucuzlaşdı – SƏBƏBİ “Hell” və “Bizon” ucuzlaşdı – SƏBƏBİ Əsas Xəbər / Sosial Bakıda təcavüz ŞOKU: 29 yaşlı turist küçənin ortasında qadını döyüb zorladı Bakıda təcavüz ŞOKU: 29 yaşlı turist küçənin ortasında qadını döyüb zorladı Hadisə Güclü küləyin ilk fəsadı: Hündürmərtəbəli binanın damı uçdu - VİDEO Güclü küləyin ilk fəsadı: Hündürmərtəbəli binanın damı uçdu - VİDEO Hadisə / Video Türkiyədə DƏHŞƏT! Rəqqasəni parçalayıb meşəyə atdılar - VİDEO Türkiyədə DƏHŞƏT! Rəqqasəni parçalayıb meşəyə atdılar - VİDEO Dünya / Video Sevgilisini maşınında zorladı, sonra... - Azərbaycanda ŞOK HADİSƏ Sevgilisini maşınında zorladı, sonra... - Azərbaycanda ŞOK HADİSƏ Hadisə "Azəriqaz"dan XƏBƏRDARLIQ - Fevralın 1-dən... Sosial Bakıda masaj salonu adı ilə fahişəxana təşkil edən qadın saxlanıldı Bakıda masaj salonu adı ilə fahişəxana təşkil edən qadın saxlanıldı Hadisə
Son əlavəПоследние публикации
Cəbhədə son vəziyyət
20 yanvar 2019

Cəbhədə son vəziyyət

5 Qarabağ
Azərbaycan səmasında qeyri-adi görüntü - VİDEO
20 yanvar 2019

Azərbaycan səmasında qeyri-adi görüntü - VİDEO

84 Həyat tərzi / Video
20 Yanvar faciəsindən 29 il ötür
20 yanvar 2019

20 Yanvar faciəsindən 29 il ötür

59 Əsas Xəbər / Sosial
Günün ulduz falı - 20 yanvar
20 yanvar 2019

Günün ulduz falı - 20 yanvar

142 Həyat tərzi
SOCAR-da son illərdə həyata keçirilən islahatlar açıqlanıb
19 yanvar 2019

SOCAR-da son illərdə həyata keçirilən islahatlar açıqlanıb

231 Əsas Xəbər / İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
19 yanvar 2019

Azərbaycan nefti bahalaşıb

216 İqtisadiyyat
Bu da Ağamirzənin özünə qazdırdığı qəbr - VİDEO
19 yanvar 2019

Bu da Ağamirzənin özünə qazdırdığı qəbr - VİDEO

906 Şou-biznes / Video
Nəsiminin Hələbdəki məzarından ÖZƏL FOTOLAR
19 yanvar 2019

Nəsiminin Hələbdəki məzarından ÖZƏL FOTOLAR

430 Həyat tərzi