SİZİN REKLAM BURADA!
055 213 76 73



Cənubi Koreyanın İnçeon şəhərində keçirilən 10-cu Beynəlxalq Riyaziyyat Müsabiqəsinin (WMI - World Mathematics Invitational) qalibləri məlum olub.

BAKU.WS xəbər verir ki, Güney Azərbaycanın Urmiyə şəhərindən olan Zəhra Zaviyə müsabiqədə birinci yeri tutub.

“Urmiyə şəhərindən olan Zəhra Zaviyə İran şagirdləri komandasının üzvü kimi elmi rəqabətdə qızıl medala layiq görüldü. O Urmiyənin “Fərzanəqan” orta məktəbinin şagirdidir”- Urmiyənin 1-ci Məntəqə Təhsil Şöbəsinin rəisi Qəhrəman Əşrəf Nəcəfabad “İrna” xəbər agentliyinə açıqlamasında bildirib.

BAKU.WS