700 bal toplayan Şahxanım Həsənova: "Atam sürücü, anam isə xadimədir" - FOTO
» » 700 bal toplayan Şahxanım Həsənova: "Atam sürücü, anam isə xadimədir" - FOTO


16-05-2018 | 10:41

  • 21 985

700 bal toplayan Şahxanım Həsənova: "Atam sürücü, anam isə xadimədir" - FOTO


Dövlət İmtahan Mərkəzi mayın 13-də II və III ixtisas qruplarının abituriyentləri üçün keçirdiyi qəbul imtahanının nəticələrini elan edib.

BAKU.WS
xəbər verir ki, keçirilən imtahanlarda 7abituriyent 700 bal toplayıb. Onlardan biri də Suraxanı rayonu 89 saylı məktəbin şagirdi Şahxanım Həsənovadır.

BAKU.WS olaraq ilk öncə Şahxanım Həsənovanın təhsil aldığı məktəblə əlaqə saxladıq. Məktəbin direktoru Dadaş Babazadə BAKU.WS-ə açıqlamasında bildirdi ki, yüksək nəticə göstərən abituriyent Suraxanı qəsəbəsinin sakinidir. Onun sözlərinə görə, Ş.Həsənova davamiyyətli və dərslərə məsuliyyətli şagird olub.

"Onun bir bacısı Ülkər Həsənova bizim məktəbi bitirib və 580 bal ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinə daxil olub. Qardaşı Almas Həsənov isə məktəbimizin 7-ci sinifində təhsil alır. Almas da dərslərə məsuliyyətli yanaşır və əlaçıdır", - deyə Dadaş Babazadə bildirib.


Qeyd edək ki, bu il 89 saylı məktəbi bitirən 5 şagirdi yüksək nəticələr göstərib. Məzunlardan Ş.Həsənova – 700 bal, Aytac Məmmədova – 675 bal, Fidan Abdullayev – 634 bal, Bilqeys Ağayeva – 567 bal, Lalə Dadaşova – 524 bal toplayıb.

İmtahanda yüksək nəticə göstərən Şahxanım Həsənova BAKU.WS-ə açıqlamasında bildirdi ki, hazırlıq müddətində məktəbin müəllimlərinin yanına gedib. Onun sözlərinə görə, əlavə müəllim tutmayıb.

"Müəllimlərimdən dəstək və kömək almışam. Dərsdən sonra müəllimlərimin yanına hazırlığa getmişəm", - deyə Şahxanım Həsənova bildirib.

Onun sözlərinə görə, dərs prosesi gərgin olub: "Əyləncəyə yer verməmişəm. Həmişə sosial şəbəkələrdən uzaq olmuşam. İmtahana gedən günü də, səhər yuxudan durub test həll etdim".

Şahxanım Həsənova deyir ki, hüquq fakültəsinə daxil olub, hakim olmaq istəyir: "Arzum ədalətli hakim olmaqdır".

Şahxanım Həsənova şəkil çəkdirməyi də sevmir. Onun atası Aydın Həsənov sürücü, anası Şərafət Həsənova isə xadimə işləyir.

Ziya SƏCCAD
BAKU.WS





Top XəbərlərЛучшее на сайте
Bu günlərdə Azərbaycanda benzinin qiyməti artacaq Bu günlərdə Azərbaycanda benzinin qiyməti artacaq Əsas Xəbər / İqtisadiyyat Bu gecə saat 12-də Azərbaycanda benzin bahalaşacaq Bu gecə saat 12-də Azərbaycanda benzin bahalaşacaq İqtisadiyyat Diqqət!!! Bakıda işə düzəltmək adı ilə qızları tovlayan dələduz peyda olub! Diqqət!!! Bakıda işə düzəltmək adı ilə qızları tovlayan dələduz peyda olub! Sosial Bakıda Bakıda "moykada" biabırçılıq: qızı lüt soyundurub maşın yuduzdurdular – VİDEO Həyat tərzi / Video Bakıda tikinti şirkəti əhalidən üzr istədi, biabır oldu Bakıda tikinti şirkəti əhalidən üzr istədi, biabır oldu Sosial Hacıqabulda zəhərlənən alman uşağın xilas edilməsi üçün Almaniyadan reaktiv təyyarə göndərildi Hacıqabulda zəhərlənən alman uşağın xilas edilməsi üçün Almaniyadan reaktiv təyyarə göndərildi Sosial Lirə təlaş içində, bəs manatı nə gözləyir? - GÖZLƏNİLMƏZ PROQNOZLAR Lirə təlaş içində, bəs manatı nə gözləyir? - GÖZLƏNİLMƏZ PROQNOZLAR Əsas Xəbər / İqtisadiyyat Bakıda yol kənarında fahişələrin Bakıda yol kənarında fahişələrin "axşam bazarı" (VİDEO) Hadisə / Video Hacı Zeynalabdin Tağıyev barədə heç yerdə olmayan ŞOK FAKT - Hacının BUZ kimi ürəyi Hacı Zeynalabdin Tağıyev barədə heç yerdə olmayan ŞOK FAKT - Hacının BUZ kimi ürəyi Əsas Xəbər / Həyat tərzi Tramp bunu gözləmirdi: dünya dolları türk lirəsinə dəyişdirir Tramp bunu gözləmirdi: dünya dolları türk lirəsinə dəyişdirir Dünya Günün günorta çağı dənizdə sevişdilər - FOTOLAR Günün günorta çağı dənizdə sevişdilər - FOTOLAR Şou-biznes "40 yaşı var, subay oğlanı sevir" - Aktrisa Fidan Axundova (EKSKLÜZİV) Şou-biznes İşıqpulunun artıq yazılması ilə bağlı iddialara aydınlıq gətirildi - RƏSMİ AÇIQLAMA İşıqpulunun artıq yazılması ilə bağlı iddialara aydınlıq gətirildi - RƏSMİ AÇIQLAMA Əsas Xəbər / Sosial Nazın Instagram səhifəsi bağlandı: +18 videoya görə Nazın Instagram səhifəsi bağlandı: +18 videoya görə Şou-biznes Mobil cihazların qeydiyyatı ilə bağlı yeni RÜSUMLAR QÜVVƏYƏ MİNDİ – YENİ QİYMƏTLƏR Mobil cihazların qeydiyyatı ilə bağlı yeni RÜSUMLAR QÜVVƏYƏ MİNDİ – YENİ QİYMƏTLƏR Əsas Xəbər / İqtisadiyyat Bakıda süpürgəçiləri ölümdən qurtaracaq texnikaların iş prinsipi (VİDEO) Bakıda süpürgəçiləri ölümdən qurtaracaq texnikaların iş prinsipi (VİDEO) Əsas Xəbər / Video / Sosial "Oğurluq edib bağ tikməmişəm" - Manaf Ağayev - VİDEO Şou-biznes / Video "Nizami Rəmzinin mahnısını oxuyurlar, amma adını demirlər" - Namiq Məna - VİDEO Şou-biznes / Video Səhər saatlarında Bakı metrosunda çaşqınlıq – NƏ BAŞ VERİR? - VİDEO Səhər saatlarında Bakı metrosunda çaşqınlıq – NƏ BAŞ VERİR? - VİDEO Əsas Xəbər / Hadisə / Video Bakıda Türkiyəyə dəstək aksiyası - küçədə Bakıda Türkiyəyə dəstək aksiyası - küçədə "dollar" yandırıldı (VİDEO) Video / Sosial
Son əlavəПоследние публикации
Azərbaycanda qızıl-gümüş bazarı bahalaşıb
17 avqust 2018

Azərbaycanda qızıl-gümüş bazarı bahalaşıb

10 İqtisadiyyat
Hərbi Hava Qüvvələri helikopterləri havaya qaldırdı - VİDEO/FOTO
17 avqust 2018

Hərbi Hava Qüvvələri helikopterləri havaya qaldırdı - VİDEO/FOTO

254 Əsas Xəbər / Video / Siyasət
Mərkəzi Bank dolların məzənnəsini açıqladı
17 avqust 2018

Mərkəzi Bank dolların məzənnəsini açıqladı

249 İqtisadiyyat
17 avqust 2018

"Şeyx Xəmzət" Azərbaycana buraxılmadı

1 378 Hadisə