SİZİN REKLAM BURADA!
055 213 76 73


 
 
ABŞ 1971-ci ildə neft qarşılığında qızıl ödəyə bilmədiyi üçün Səudiyyə Ərəbistanına satışın yalnızca dollarla aparılmasını təklif edir. Səudiyyə rəhbərliyi bununla razılaşır və qarşılığında kral ailəsinin hökmranlığının qorunmasını tələb edir.
 
BAKU.WS-in axar.az-a istinadən verdiyi məlumata görə, 1973-cü ildə müzakirələr nəticəsində petrodollar sistemi qurulur.
 
Səudiyyə neft satışlarında yalnız dollar qəbul etməyə başlayır. Sistem olduqca sadə idi. Rəsmi Ər-Riyad neftdən gələn dollarları ABŞ banklarına və istiqrazlarına qoyurdu. Nəticədə ABŞ zənginləşir, Beynəlxalq Valyuta Fondu (BVF) isə puldan neft idxal edən ölkələrə borc verərək qazanırdı. 1974-cü ildə rəsmiləşən bu anlaşmanı hazırlayan isə dövrün ABŞ Dövlət katibi Henri Kissincer idi. Dünyanın neftə ehtiyacı olduğu müddətcə "qara qızıl” ABŞ dolları qarşılığında satılacaqdı.
 
Sistem 1975-ci ildə bütün OPEK üzvləri tərəfindən qəbul olundu.
 
Bu şəkildə dünya iqtisadiyyatı nəzarət altında saxlanılır, kimin inkişaf edib-etməyəcəyi bəlli olurdu. Enerji ehtiyacını qarşılamaq məcburiyyətində qalan ölkələr dollar axtarır, nəticədə dünya həm dollar, həm də ABŞ-a möhtac qalırdı.
 
Səddam Hüseyn 2000-ci ildə İraqın neft gəlirlərini dollar yox, avro ilə alacağını açıqlayır. Tezliklə ABŞ İraqa hücum (2003-cü il – red.) edir.
 
İran və Venesuela 2005-ci ildə ABŞ dollarına qarşı qüvvələrini birləşdirir. Venesuelanın mərhum lideri Uqo Çaves neft satışını avro ilə edəcəklərini bildirir. İran isə satışların avro ilə aparılacağı birja yaradacağını açıqlayır. Bu, əməliyyatların dollarla aparıldığı London birjasının əhəmiyyətini öldürəcəkdi. Lakin ABŞ Prezidenti Corc Buş tezliklə Tehranı təhdid edir. Bundan əlavə, Venesuelada çevrilişə cəhd olur.
 
Liviyanın mərhum lideri Müəmmər Qəzzafi 2009-cu ildə Afrika İttifaqının rəhbəri olduğu zaman vahid valyuta sisteminə keçməyi təklif edir. Bu, petrodollar sisteminə meydan oxumaq mənasına gəlirdi. Lakin tezliklə Ərəb baharı alovlanır və Qəzzafi devrilir.
 
2009-2012-ci illərdə dünyanın bir çox dövlətləri petrodollar sistemindən imtina etməyə cəhd göstərsələr də, sonradan onlar da sakitləşirlər.  
 
BAKU.WS