SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Hyundai markasının Azərbaycandakı rəsmi distribyutoru "Auto Azerbaijan” şirkəti Tam Yeni Hyundai Elantra modelinin Şərqi Avropa və MDB ölkələri üzrə rəsmi təqdimatını Bakıda təşkil etdi. 


Tam Yeni Elantra modelinin debutuna həsr olunmuş 16 mart tarixində "Fairmont Baku” otelində keçirilən mötəbər tədbirdə "Hyundai Motor Company” şirkətinin və Koreya Respublikasının Azərbaycandakı rəsmi nümayəndə heyətləri, yerli və xarici jurnalistlər, müxtəlif  biznes sahələrinin rəhbərləri və avtomobilsevərlər iştirak etdilər.


Təqdimatın rəsmi hissəsi zamanı "Auto Azerbaijan”-nın idarə heyətinin sədri Nasir Seyidzadə tədbirdə iştirak edən qonaqları salamlayaraq, 20 il ərzində şirkətin apardığı uğurlu startegiyası nəticəsində avtomobil sahəsində əldə edilmiş nailiyyətlər haqqında danışdı.  "Bu illər ərzində "Auto Azerbaijan” şirkəti ölkədə avtomobillərin satışı və xidmət sahəsində öz fəaliyyətini daha da təkmilləşdirmiş və hal-hazırda lider mövqeyini qoruyub saxlamışdır. Bundan sonra da Hyundai markasının Azərbaycanda inkişaf etməsi üçün yeni imkanların açılacağına inanırıq”- deyə cənab Seyidzadə bildirdi.

Salamlamaya həmçinin "Hyundai Motor MDB and Şərqi Avropa” regional mərkəzinin idarəedici rəhbəri cənab Saymon Conq da qoşuldu. O, öz nitqində Azərbaycanda avtomobil sektorunun potensialını yüksək qiymətləndirdi və Elantra–nın uğurlu modellər sırasına daxil olacağına ümidini bildirdi. "Tam Yeni Elantra modelinin Azərbaycanda regional təqdimatının keçirilməsi "Auto Azerbaijan” şirkətinin 20 illik fəaliyyətinin yubileyinə təsadüf etməsi simvolik xarakter daşıyır. Bu müddət ərzində biz avtomobil bazarının liderlərindən biri olmaqla yanaşı markanın gələcək inkaşafı üçün geniş platforma yaratdıq. Ümidvarıq ki, təkmilləşdirilmiş və dinamikliyi ilə fərqlənən yeni Elantra avtomobil həvəskarlarının rəğbətini qazanacaq”.


Tədbirdə iştirak edən Koreya Respublikasının Azərbaycandakı səfirinin müavini Ça Çanqsuini "Auto Azerbaijan” şirkətini yeni Elantra modelinin təqdimatı və 20 illk yubileyi münasibətilə təbrik etdi. Cənab Çanqsuini iki ölkə arasında aparılan uğurlu və effektiv iqtisadi və diplomatik əməkdaşlığının əhəmiyyətli olduğunu bildirdi. O, həmçinin vurğuladı ki,  "Hyundai” markasının ölkədə uğurlu inkişafı burada yaradılmış biznes mühitinin əlverilşli olmasının göstəricisidir. 

Yeni Elantra-nın debutu "Natiq ritm qrupunun” möhtəşəm ritmlərinin müşaiəti altında baş tutdu. Təqdimat zamanı "Hyundai Motor” şirkətinin nümayəndəsi qonaqları yeni modelin əsas xarakteristikaları ilə tanış etdi. Yeni Elantra təkmilləşdirilmiş performans xüsusiyyətləri, aerodinamik dizaynı və idman üslubu ilə diqqəti cəlb edir. Bununla yanaşı, Elantra avtomobillərinin 6-cı nəsil modeli premium seqmentlərdə mövcud olan zəngin təhlükəsizlik sistemləri təklif edir. 

Təqdimat zamanı qonaqlar avtomobilin interyeri və eksteryeri ilə yaxından tanış olma imkanı əldə etdilər.


Tədbirin ən yadda qalan hissəsi isə Fransada keçiriləcək Avropa 2016 Futbol Çempionatına lotereya biletinin oynanılması oldu. Qeyd edək ki, "Hyundai Motor” şirkəti AVRO 2016-nın rəsmi tərəfdaşı olamaqla gələn qonaqlara lotereyada qalib olmaq şansı verdi.


Mərasimdə öz müasir incəsənət instalyasiyalarını və art obeyktlərini nümayiş etdirən gənc rəssamların işləri qonaqların xüsusi marağına səbəb oldu. Bu incəsənət nümunələri "Hyundai Motor” şirkətinin Yeni Elantra modelinin dizaynının əsasına qoyulmuş futurstik konsepsiyalı Fluidic Sculpture 2.0 fəlsəfəsi ilə ahəng təşkil edirdi.


Mərasimin bədii həssəsində çıxış edən Azərbaycanın əməkdar artisti Sevda Ələkbərzadə və məşhur tarzən Şəhriyar İmanov xalq və dünya musiqilərindən olan improvizasiları ilə yadda qaldılar.


Üç gün davam edən təqdimat çərçivəsində jurnalistlər və avtomobil həvəskarları yeni Elantra modelini Bakı – Şahdağ marşrutu ilə 200km məsafə ilə sınaq yürüşünə qatılmaq şansı əldə etdilər. Şahdağ turizm kompleksinə test-drayv zamanı xarici və yerli media nümayəndələri "Qalaaltı” istirahət məkanınında fasilə verərək, bu ərazinin mədəniyyət abidələri ilə tanış olmuş, sərt yolsuzluq və sürətli maqistral yollarını qət edib Elantra-nın mükəmməl yürüş imkanılarının şahidi oldular.  


2016-ci ildə şirkət "Auto Azerbaijan" ölkədə uğurlu fəaliyyətinin 20 illik yubileyini qeyd edir.

 

BAKU.WS