SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Neftin dünya bazar qiyməti aşağı düşəndən bəri bəzi ekspertlər, hər ay olmasa da rübdə bir dəfə gələn aydan mənzil bazarında qiymətlərin yüksələcəyi ilə bağlı açıqlamalar yayırlar. Bu günlərdə yenidən əmlak bazarında qiymət artımları ilə bağlı açıqlama yayılıb. Bu məlumatlarda məqsəd aydındır: qiymət artımları ilə bağlı məlumatı oxuyan müəyyən qədər pulu olan və ev axtaran alıcı mənzil bazarına daxil olacaq və "qiymət artımları" baş vermədən ev almağa tələsəcək".
 
BAKU.WS-in məlumatına görə, bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri Vüqar Bayramov söyləyib. Mütəxəssisin fikrincə, bu vəziyyət vətəndaşlarda çaşqınlıq yaradır.
 
"İnsanlar düşünəcək ki, qiymət artacaq, tez alım ki, ucuz alım. Bununla da süni tələb formalaşacaq, süni qiymət artımları baş verəcək və nəticədə insanlar itirəcək, bir qrup "makler-biznesmenlər” qazanacaq. Sanki əmlak bazarında hamı əlində pul ev axtarır, amma mənzil tapa bilmir. Halbuki, bazarda elə mənzillər var ki, nəinki aylardır, hətta illərdir alıcısını tapa bilmir. Qiymətdə Almaniyanın paytaxtı Berlin ilə "rəqabətə” girən Bakının mənzil bazarında əslində neft bumu dövrü yaranan "köpüklər” yavaş-yavaş partlamaqdadır", - deyə V.Bayramov əlavə edib.
 
İqtisadçı hazırda mənzil bazarında hər hansı qiymət artımının real görsənmədiyini vurğulayıb.
 
Şahin Həbibov
BAKU.WS