» » Bakının brend mağazaları təşviş içində - “Müğənni zəng vurub deyir ki, biabır olmuşam...” - FOTO


07-02-2019 | 15:22

  • 9 348

Bakının brend mağazaları təşviş içində - “Müğənni zəng vurub deyir ki, biabır olmuşam...” - FOTO


Xəbər verildiyi kimi bu günlərdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Bakıda “brend mallar” mağazası kimi məşhurlaşmış “Lady Sharm” mağazalar şəbəkəsinin bir qrup əməkdaşı saxlanılıb. Bəlli olub ki, Çindən gətirilən mallara gizli sexlərdə “Chanel”, “Fendi”, “Dolce & Gabbana”, “Valentino”, “Christian Dior” kimi tanınmış firmaların saxta etiketi vurulandan sonra mağazalarda dəyərindən dəfələrlə baha qiymətə satılırmış. Habelə bu mafiozlar özləri Bakıda gizli sexlər açaraq geyimlər istehsal edib, onların üzərinə məşhur brendlərin etiketlərini vuraraq maya dəyərindən on dəfələrlə baha satıb.

Qeyd edək ki, yerli telekanallarda hər gün reklam edilən mağazalar şəbəkəsinin müştəriləri arasında şou-biznes əhli də var. Belələləri hər gün “efirlərdə”, müxtəlif iyrənc şou proqramlarda “Lady Sharm” mağazalarından aldıqları “bahalı” geyimləri ilə öyünürdülər.

BAKU.WS
 virtualaz.org-a istinadən xəbər verir ki, uzun illərdir müştəriləri aldadan mağazalar şəbəkəsi “Bandotdel”in keçirdiyi əməliyyata baxmayaraq hələ də fəaliyyətdədir, sex malları müsadirə edilsə də, tanınmış brendlərin reklamları vitrinlərdən yığışdırılmayıb.


               “Gucci” çantası 100 manata?

...Metronun “Neftçilər” stansiyasının yaxınlığındakı “Lady Sharm” mağazasında bütün mallara hazırda 50 faiz endirim təklif edilir. Satıcılar deyirlər ki, “Chanel”, yaxud “Christian Dior” firmasından olmasa da, geyimlər İtaliya və Türkiyədən gətirilib. “Sexlərdə etiketi dəyişdirilmiş mallar artıq yığışdırılıb”, - mağazanın özünü təqdim etməyən satıcısı bizi müştəri zənn edib məlumat verir.

Ayaqqabı və çanta bölməsində məşhur brendlərin reklamları sökülməyib, satıcı bununla bağlı sualımıza bir qədər sərt cavab verir: “Guya bilmirdiz ki, 100 manata “Gucci” çantası olmaz? Yaxud 50 manata təmiz dəri ayaqqabı almaq istəyirdiz? Nə fərqi var, əsas keyfiyyəti yaxşı olsun”.

Alıcılardan biri yun köynəyi noyabrda 157 manata aldığını, indi isə 35 manata endirilmə səbəbini soruşur. Satıcı deyir ki, payız-qış mövsümünün mallarına endirim var, yeni mallar gətirilməlidir.

“Siz bizim mağazalardan mal almısız”,- satıcı müştərini sakitləşdirmək üçün bizdən kömək gözləyir. Cavab veririk ki, bu mağazada brend mallar satıldığına əmin olmamışıq.

“Müğənni zəng vurub deyir ki, biabır olmuşam...”

Satıcılardan biri səs-küylü xəbərlərdən şikayətlənir. Deyir ki, dünən mağazanın müştərisi olduğu müğənnilərdən biri zəng vurub biabır olduğunu deyib. “Baxırsan, yalnız brend firmaların adını eşidiblər, amma biabrıçılıqdan danışırlar. Malın keyfiyyətinə fikir verin, brend olub-olmadığını neyləyirsiz”, -satıcı deyinir.


Deyirlər ki, rəhbərliyin hansısa əməlinə görə satıcıları qınamaq, onlara əsəbləşmək doğru deyil. “Gedin, digər mağazalara da baş çəkin, hamı belə işləyir, etiket dəyişdirilib satılır, çünki Türkiyədən, İtaliyadan, Fransadan gətirilmiş tullantını Çinin fabrik mallarından üstün tuturlar”, -satıcı əlavə edir.

47 manatlıq ayaqqabı 10 manata?

Biz də satıcının tövsiyəsinə əməl edib digər mağazalara da baş çəkirik. “Neftçilər” metrosunun yaxınlığındakı bütün mağazalarda 50-70 faiz endirim elanları yapışdırılıb, hiss olunur ki, “Lady Sharm”dakı yoxlamalar təşvişə səbəb olub, hətta yeni yaz geyimləri belə aşağı qiymətə təklif edilir.

Uşaq geyim mağzasında ötən ay 47 manata satılmış ayaqqabılar 10 manatadır. Satıcı Çindən də mal aldıqlarını gizlətmir, deyir ki, ən yaxşısı düzünü deməkdir.

“LC Waikiki” mağazalar şəbəkəsinin isə həm metronun “Neftçilər”, həm də “28 May” stansiyasının yaxınlığındakı mağazalarına baş çəkirik. Mağazalarda malların ekoloji təmiz parçalardan hazırlandığı, gigiyenik sertifikatı olduğuna dair dayanmadan elanlar səsləndirilir. Amma satıcılar gigiyenik sertifikata baxmaq üçün baş ofislə əlaqə saxlamağımızı məsləhət görürlər. Halbuki gigiyenik sertifikat mağazanın özündə olmalıdır ki, müştəri istədiyi zaman sənədlə tanış ola bilsin.


“Firmanın internetdə səhifəsi var, girib baxa bilərsiz, Türkiyədəki mağzalarda da eyni mallar satılır”, -satıcılar əlavə məlumat vermək istəmirlər.

“Əsl brend mal istəyirsəndə get “Memi” mağazalarına…”

Alıcılardan biri isə marağımızı görüb deyir ki, brend mal axtarırıqsa “Memi” mağzalarına baş çəkək. Geyinilmiş olsa da, təmiz firma malları yalnız orada satılır.

Azad İstehlakçılar Birliyininsədri Eyyub Hüseynov deyir ki, artıq uzun illərdir ki, saxta mallarla, o cümlədən “Lady Sharm” mağazasından alınan mallarla bağlı rəhbərlik etdiyi təşkilata xeyli sayda şikayət daxil olub.


“Saxta mallar brend adı altında satılır. Mallar geri qaytarılmır, müştərilərə kassa çeki verilmir. Sahibkarlar üçün yaradılmış azad bazar şəraitindən sui-istifadə olunur. Bizə dəfələrlə bununla bağlı şikayətlər olunub, aidiyati orqanlara rəsmi müraciət etmişik, amma təəssüf ki, bu problemi həll etməyiblər”, -təşkilat rəhbəri deyib.

Ekspert əlavə edib ki, Azərbaycanın əmtəə bazarındakı malların böyük hissəsi burada istehsal olunur: “Çindən və digər ölkələrdən mallar gətirilir, etiket varsa qoparılır, istədikləri etiketi yapışdırırlar. Ölkədə yerli etiket bazarı var, bunlar bahalı printerlərdə çap olunur. Azərbaycanın əmtəə bazarındakı malların böyük hissəsi burada tikilir. Məsələn, ayaqqabıların 70, kostyumların 25 faizi buradakı sexlərin məhsuludur. İstehlakçı isə məlumatı etiketdən alır, onun başqa imkanı yoxdur. Əslində isə, aldığı məhsulun ilkin qiyməti və digər sənədləri də soruşmaq hüququ var. Azərbaycanda satılan əmtəə mallarının 80 fazinin müvafiq sənədləri, məsələn ilkin qiymət sənədi yoxdur”.

Qeyd edək ki, dünən yerli mətbuatda “Femina” xəz-dəri mağazasında da yoxlamalara başlandığı haqda məlumatlar yayılıb, amma mağaza rəhbərliyi məsələ ilə bağlı açıqlama verməyib.

BAKU.WS
Top XəbərlərЛучшее на сайте
Azərbaycanlılarla çeçenlər arasında Azərbaycanlılarla çeçenlər arasında "müharibə"yə səbəb olan VİDEO Hadisə / Video Azərbaycanlıları təhqir edən Alixanı belə cəzalandırdılar (VİDEO) Azərbaycanlıları təhqir edən Alixanı belə cəzalandırdılar (VİDEO) Hadisə / Video Çeçenlərlə azərbaycanlılar Moskvada görüşdülər – VİDEO Çeçenlərlə azərbaycanlılar Moskvada görüşdülər – VİDEO Əsas Xəbər / Hadisə İcra hakimiyyəti “Bu şəhərdə”nin konsertinə icazə vermədi İcra hakimiyyəti “Bu şəhərdə”nin konsertinə icazə vermədi Şou-biznes Azərbaycanlı müğənninin anasının yasına gedənlər: Azərbaycanlı müğənninin anasının yasına gedənlər: "Yeməyə heç nə vermədilər, ac qaldıq..." - VİDEO Şou-biznes / Video "Adam o qədər zəngindir ki, 15-20 müğənni saxlaya bilər" - Damlanın məmur sevgilisinin FOTOSU Şou-biznes "Neolit"ə silahlı hücum oldu: 10 nəfər yaralanıb Hadisə / Video Bakıda baş verən ağır qəzadan 1 dəqiqə öncə (VİDEO) Bakıda baş verən ağır qəzadan 1 dəqiqə öncə (VİDEO) Hadisə / Video Mədinədə DƏHŞƏT – Şiə olduğu üçün uşağın başını ananın gözü qarşısında kəsdilər – FOTO Mədinədə DƏHŞƏT – Şiə olduğu üçün uşağın başını ananın gözü qarşısında kəsdilər – FOTO Hadisə Yasamal qəbiristanlığında ağılları qarışdıran şəkil tapıldı - FOTO Yasamal qəbiristanlığında ağılları qarışdıran şəkil tapıldı - FOTO Həyat tərzi Siqaretləri elə yerdə gizlətdilər ki, gömrük işçiləri mat qaldı – VİDEO Siqaretləri elə yerdə gizlətdilər ki, gömrük işçiləri mat qaldı – VİDEO Hadisə / Video "Gəncə Cake House"da iyrənc MƏNZƏRƏ - VİDEO Video / Sosial Bakıda yeni virus yayıldı - bu əlamətlər olduqda antibiotikdən qəti istifadə etməyin! Bakıda yeni virus yayıldı - bu əlamətlər olduqda antibiotikdən qəti istifadə etməyin! Əsas Xəbər / Hadisə Azərbaycana kəskin soyuqlar gəlir, güclü yağış, qar yağacaq Azərbaycana kəskin soyuqlar gəlir, güclü yağış, qar yağacaq Sosial 100-dən çox çeçenin azərbaycanlılara hücum etdiyi görüntülər (VİDEO) 100-dən çox çeçenin azərbaycanlılara hücum etdiyi görüntülər (VİDEO) Hadisə / Video Sabiqlərin mənimsədiyi milyardlar yenidən gündəmdə: Müsadirə edilsin! Sabiqlərin mənimsədiyi milyardlar yenidən gündəmdə: Müsadirə edilsin! Əsas Xəbər / İqtisadiyyat 50 yaşlı xanəndənin mini ətəkdə FOTOSU 50 yaşlı xanəndənin mini ətəkdə FOTOSU Şou-biznes Faiq Ağayev onu bıçaqlayan şəxsdən danışdı: Faiq Ağayev onu bıçaqlayan şəxsdən danışdı: "9 il sonra qarşılaşdıq" Şou-biznes Zabit Səmədovun döyüş məktəbinin açılışı oldu - VİDEO/FOTOLAR Zabit Səmədovun döyüş məktəbinin açılışı oldu - VİDEO/FOTOLAR Əsas Xəbər / İdman / Video Qonağın bir öpüşü ilə həyatı cəhənnəmə dönən qızcığaz - VİDEO Qonağın bir öpüşü ilə həyatı cəhənnəmə dönən qızcığaz - VİDEO Həyat tərzi / Video
Son əlavəПоследние публикации
Sabaha olan hava proqnozu - qar yağacaq, şaxta olacaq
17 fevral 2019

Sabaha olan hava proqnozu - qar yağacaq, şaxta olacaq

1 493 Həyat tərzi
Bakıda 75 min manata ağac satılır - VİDEO
17 fevral 2019

Bakıda 75 min manata ağac satılır - VİDEO

406 Hadisə / Video
Sumqayıtda mağaza yandı
17 fevral 2019

Sumqayıtda mağaza yandı

103 Hadisə
Mehriban Əliyevanın adından “İmamzadə”də ehsan verildi (FOTO)
17 fevral 2019

Mehriban Əliyevanın adından “İmamzadə”də ehsan verildi (FOTO)

298 Əsas Xəbər / Həyat tərzi
FACESTUDIO-dan COLOR ENDİRİMİ
17 fevral 2019

FACESTUDIO-dan COLOR ENDİRİMİ

122 Həyat tərzi
Cəbhədə son vəziyyət
17 fevral 2019

Cəbhədə son vəziyyət

58 Qarabağ
İlham Əliyev Moskvadakı hadisəni nəzarətə götürdü (VİDEO)
17 fevral 2019

İlham Əliyev Moskvadakı hadisəni nəzarətə götürdü (VİDEO)

1 191 Əsas Xəbər / Video / Siyasət
Banklarda pulu olanlara ŞAD XƏBƏR
17 fevral 2019

Banklarda pulu olanlara ŞAD XƏBƏR

1 295 İqtisadiyyat
Günün ulduz falı - 17 fevral
17 fevral 2019

Günün ulduz falı - 17 fevral

316 Həyat tərzi