SİZİN REKLAM BURADA!
055 213 76 73



CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 22-də 63,16 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 1,38 dollar/barel azdır.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 62,31 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,4 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin son qiyməti 58,96 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 1,32 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti 60,98 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,36 dollar/barel azdır.

BAKU.WS