» » Hansı məhsulların gömrük rüsumu artırılıb? – Ekspert AÇIQLAMASI


12-01-2019 | 09:12

  • 587

Hansı məhsulların gömrük rüsumu artırılıb? – Ekspert AÇIQLAMASI


Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələrində dəyişikliklər edilib. Bu barədə qərarı Novruz Məmmədov imzalayıb. 


Qərara əsasən, şəkər əlavələri və ya digər şirinləşdirici və ya dad-aromatik maddələr əlavə edilmiş mineral və qazlı sular da daxil olmaqla, sular 1 litri üçün 0,3 ABŞ dolları, şəkər əlavələri və ya digər şirinləşdirici və ya dad-aromatik maddələr əlavə edilmiş alkoqolsuz energetik içkilər 1 litri üçün 0,3 ABŞ dolları, meyvə və tərəvəz şirəsi əsaslı alkoqolsuz energetik içkilər üçün 15.12.2019-cu il tarixinədək 15 %, lakin 1 litri 0,7 ABŞ dollarından az olmamaq şərtilə, alkoqollu energetik içkilər 1 litri üçün 2,0 ABŞ dolları, tərkibində tütün olan siqarlar, ucları kəsilmiş siqarlar və siqarillalar: siqarlar, o cümlədən ucları kəsilmiş siqarlar 1000 ədədi üzrə 0,5 ABŞ dolları, elektron siqaretlər üçün maye – 1 kq-ı üzrə 1 ABŞ dolları gömrük rüsumu müəyyən edilib.

Nazirlər Kabinetinin digər bir qərarı ilə Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrində də dəyişikliklər edilib.

Ekspertlər isə bu qərardan sonra bazarlarada sözügedən məhsulların bahalaşacağını vurğulayırlar. Artıq bəzi tütün məhsulları və energertik içkilərdə qiymət artımları baş verib.

BAKU.WS  xəbər verir ki, “Yeni Müsavat”-a açıqlamasında bu məsələyə münasibət bildirən Natiq Cəfərli hesab edir ki, yetərincə yerli istehsalı olmayan energetik içkilərin gömrük rüsumlarının artırılması bahalaşmaya yol açacaq: “Spirtsiz enerji içkilərinin Azərbaycanda istehsalı yoxdur, bu məhsulların əksər hissə xaricdən gətirilir. Bu xarici markalara kifayət qədər tələbat var idi, gənclər tərəfindən maraq artmışdı. Doğrudur enerji içkilərinin insan səhhətinə ziyanlı olması müzakirə olunur. Ancaq bu qərarın verilməsində əsas məsələ o deyil. Yerli istehsal olmadığı halda gömrük rüsumlarının bu qədər artırılması, bazarda qiymətlərə nəzərə çarpacaq dərəcədə təsir göstərəcək. əslində bunun bir məntiqi və açıqlaması olmalı idi. Çox təəssüf ki, nazirlər Kabinetinin qərarında açıqlama hissəsi yoxdur. Yalnız aksiz vergilərinin qaldırılması ilə bağlı qərarın qəbul olunduğu haqqında məlumat verilir. Ola bilər ki, hansısa qərarlar var. Ölkəmizdə hansısa holdinqlər tərəfindən enerji içkilərinin istehsalının həyata keçirilməsi ilə bağlı qərar ola bilər. Ancaq yerli istehsal olmadığı halda rüsumların bu qədər artması qiymət artımından başqa bir şey deyildi. Əgər təkrar istehsal olacaqsa, o zaman bilinəcək ki, bu qərarın verilməsində hansısa maraqlar rol oynayıb”.

N.Cəfərli onu da bildirdi ki, rüsumu artırılan malların siyahısında sosial məhsullar qrupuna aid edilə biləcək mallar yoxdur: “Burada əsasən tütün məmulatları, alkoqollu içkilər, xaricdə istehsal olunmuş spirtlə bağlı qərar var. Ancaq onu da nəzərə almaq lazımdır ki, yerli məhsulların istehsalında da xaricdən idxal olunmuş spirtdən istifadə olunur. Onlar əsasən Rusiyadan və Ukraynadan gətirilir. Onların qiyməti qalxarsa, yerli istehsalçılar da qiyməti artırmağa məcbur olacaqlar. Tütün məmulatlarında da artıq qiymət artımı başlayıb. Bu məhsullar sosial qrupa aid olmadığı üçün əhali arasında o qədər də ciddi narazılıq doğurmur. Ancaq burada diqqətli olmaq lazımdır. Əgər Azərbaycanda spirtli içkilərin qiyməti qonşu ölkələrdən çox fərqli olsa bu zaman qaçaqmalçılıq artacaq, gömrük rüsumları ödənişindən və büdcədən yayınma halları çoxalacaq. Qaçaqmalçılıq o qədər güclənə bilər ki, onun qarşısını almaq da çətinləşə bilər. Müvafiq dövlət orqanları və orada çalışanların vasitəsilə bu addımları atmağa cəhd göstərən qruplar yarana bilər”.

Ekspertin fikrincə, digər məhsul növlərində isə gömrük rüsumu və aksizlərdən doğan ciddi qiymət artımı gözlənilmir: “Ola bilər ki, gələcəkdə başqa qərarlar da verilsin və büdcənin formalaşması ilə bağlı problem yaşanarsa, müəyyən artımlara gedilə bilər. Çünki neftin qiymətlərində də oynaqlıq var, hazırda təxminən 60 dollar civarındadır. Bu da büdcənin hesabladığı qiymətdir. Qiymət 60 dollardan aşağı düşsə, ola bilər ki, il ərzində gömrük rüsumları və vergilərdə növbəti artım qərarları verilsin, digər istehlak mallarına aid rüsumlar artırılsın”.

BAKU.WS
Top XəbərlərЛучшее на сайте
Sabah Bakıda böyük təhlükə olacaq - uşaqlar və yaşlıları QORUYUN! Sabah Bakıda böyük təhlükə olacaq - uşaqlar və yaşlıları QORUYUN! Əsas Xəbər / Həyat tərzi Bakıda hava daha da pisləşdi - SON VƏZİYYƏT - FOTO (YENİLƏNİB-2) Bakıda hava daha da pisləşdi - SON VƏZİYYƏT - FOTO (YENİLƏNİB-2) Əsas Xəbər / Sosial Maskalı şəxs “Bazarstore”a silahlı basqın etdi – Yaralı var Maskalı şəxs “Bazarstore”a silahlı basqın etdi – Yaralı var Kriminal SON DƏQİQƏ – Bakıda bütün məktəblərdə dərslər DAYANDIRILIR SON DƏQİQƏ – Bakıda bütün məktəblərdə dərslər DAYANDIRILIR Əsas Xəbər / Sosial İlham Əliyev məmurların lüks avtomobillərini əlindən alır İlham Əliyev məmurların lüks avtomobillərini əlindən alır Siyasət Pərvin bu dəfə də tənqid edildi - Pərvin bu dəfə də tənqid edildi - "Hər yerin çöldə qaldı" (VİDEO) Şou-biznes / Video Bakıda güclü küləyin ağır fəsadı - TIR aşdı (VİDEO) Bakıda güclü küləyin ağır fəsadı - TIR aşdı (VİDEO) Hadisə / Video Azərbaycanda yayılmış vahiməli “Whatsapp” səs yazısı barədə RƏSMİ AÇIQLAMA Azərbaycanda yayılmış vahiməli “Whatsapp” səs yazısı barədə RƏSMİ AÇIQLAMA Əsas Xəbər / Video / Sosial Azərbaycanda ifrat təhlükəli hidrometeoroloji hadisə gözlənilir - Qərargah yaradıldı Azərbaycanda ifrat təhlükəli hidrometeoroloji hadisə gözlənilir - Qərargah yaradıldı Sosial SON DƏQİQƏ! 1700-dən çox neftçi təxliyə edilir SON DƏQİQƏ! 1700-dən çox neftçi təxliyə edilir Əsas Xəbər / Hadisə Yanvarın 17-də uşaqları bağçalara APARMAYIN! - RƏSMİ XƏBƏRDARLIQ Yanvarın 17-də uşaqları bağçalara APARMAYIN! - RƏSMİ XƏBƏRDARLIQ Əsas Xəbər / Sosial Azərbaycanda şərikinin arvadı ilə bir yerdə tutuldu - Boğazını kəsdi Azərbaycanda şərikinin arvadı ilə bir yerdə tutuldu - Boğazını kəsdi Hadisə Xəzər dənizində vahiməli görüntülər – VİDEO Xəzər dənizində vahiməli görüntülər – VİDEO Hadisə / Video “Hell” və “Bizon” ucuzlaşdı – SƏBƏBİ “Hell” və “Bizon” ucuzlaşdı – SƏBƏBİ Əsas Xəbər / Sosial Bakıda təcavüz ŞOKU: 29 yaşlı turist küçənin ortasında qadını döyüb zorladı Bakıda təcavüz ŞOKU: 29 yaşlı turist küçənin ortasında qadını döyüb zorladı Hadisə Güclü küləyin ilk fəsadı: Hündürmərtəbəli binanın damı uçdu - VİDEO Güclü küləyin ilk fəsadı: Hündürmərtəbəli binanın damı uçdu - VİDEO Hadisə / Video Türkiyədə DƏHŞƏT! Rəqqasəni parçalayıb meşəyə atdılar - VİDEO Türkiyədə DƏHŞƏT! Rəqqasəni parçalayıb meşəyə atdılar - VİDEO Dünya / Video Sevgilisini maşınında zorladı, sonra... - Azərbaycanda ŞOK HADİSƏ Sevgilisini maşınında zorladı, sonra... - Azərbaycanda ŞOK HADİSƏ Hadisə "Azəriqaz"dan XƏBƏRDARLIQ - Fevralın 1-dən... Sosial Bakıda masaj salonu adı ilə fahişəxana təşkil edən qadın saxlanıldı Bakıda masaj salonu adı ilə fahişəxana təşkil edən qadın saxlanıldı Hadisə
Son əlavəПоследние публикации
Cəbhədə son vəziyyət
20 yanvar 2019

Cəbhədə son vəziyyət

3 Qarabağ
Azərbaycan səmasında qeyri-adi görüntü - VİDEO
20 yanvar 2019

Azərbaycan səmasında qeyri-adi görüntü - VİDEO

77 Həyat tərzi / Video
20 Yanvar faciəsindən 29 il ötür
20 yanvar 2019

20 Yanvar faciəsindən 29 il ötür

53 Əsas Xəbər / Sosial
Günün ulduz falı - 20 yanvar
20 yanvar 2019

Günün ulduz falı - 20 yanvar

139 Həyat tərzi
SOCAR-da son illərdə həyata keçirilən islahatlar açıqlanıb
19 yanvar 2019

SOCAR-da son illərdə həyata keçirilən islahatlar açıqlanıb

230 Əsas Xəbər / İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
19 yanvar 2019

Azərbaycan nefti bahalaşıb

216 İqtisadiyyat
Bu da Ağamirzənin özünə qazdırdığı qəbr - VİDEO
19 yanvar 2019

Bu da Ağamirzənin özünə qazdırdığı qəbr - VİDEO

905 Şou-biznes / Video
Nəsiminin Hələbdəki məzarından ÖZƏL FOTOLAR
19 yanvar 2019

Nəsiminin Hələbdəki məzarından ÖZƏL FOTOLAR

429 Həyat tərzi