VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


“İflas prosesində olan BOKT “Vijn Fond AzərKredit” MMC –yə məxsus 20 ədəd işlənmiş minik nəqliyyat vasitələrinin topdansatışı (hamısı birlikdə) həyata keçiriləcəkdir.

BAKU.WS-in məlumatına görə, satışa çıxarılacaq minik nəqliyyat vasitələrinin siyahısı, eləcə də Satışın keçirilməsi qaydası və satışda iştirak üçün Ərizə forması aşağıdakı linkdə əldə edilə bilər: https://www.azercredit.az/az/sale

Satışda iştirak etmək istəyən şəxslər Ərizə formasını dolduraraq 29 noyabr 2018-ci il tarixinədək Cəmiyyətin Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov/S.Vurğun küçələrinin kəsişməsi, World Business Center”, 3-cü mərtəbədə yerləşən ofisinə təqdim edə və ya [email protected] e–poçt ünvanına göndərə bilərlər.

Satışın keçiriləcəyi yer: Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov/S.Vurğun küçələrinin kəsişməsi, World Business Center”, 3–cü mərtəbə.

Satış 5 dekabr tarixində keçiriləcək.

BAKU.WS