VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 25-də 78,12 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,06 dollar/barel çoxdur.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 25-də 76,98 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,02 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti oktyabrın 25-də 73,53 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 0,01 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə oktyabrın 25-də 77,56 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,05 dollar/barel çoxdur.

BAKU.WS