SİZİN REKLAM BURADA!
055 213 76 73



Əslində Türkiyə lirəsi ABŞ dollarına nisbətdə elə də ucuz deyil. Hazırda lirənin sürətlə ucuzlaşmasına iqtisadi amillərdən çox siyasi məqamlar güclü təsir edir.

BAKU.WS
xəbər verir ki, bu barədə Vaşinqton Beynəlxalq Maliyyə İnstitutu hesabat yayıb.

“Hazırda valyuta bazarında lirənin ABŞ dollarına nisbətən sürətlə ucuzlaşması iqtisadi əsaslarla deyil, siyasi təzyiqlər altında həyata keçirilir”, - deyə hesabatda bildirilib.

Həmçinin qeyd edilib ki, beynəlxalq iqtisadi münasibətlərdə Türkiyə lirəsinin dünya valyuta bazarında sürətlə ucuzlaşması ölkələrarası ticarət əməkdaşlığına da mənfi təsir edəcək.

Qeyd edək ki, bir neçə gündür dollar qarşısında sürətlə ucuzlaşan türk lirəsi hətta 7 lirəni ötmüşdü. Ancaq görülən tədbirlərdən sonra Türkiyənin milli valyutası möhkəmlənməyə başlayıb. Hazırda olan rəqəmlərə görə, 1 dollar 5,79 lirə civarındadır.

Ziya SƏCCAD
BAKU.WS