VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Türkiyə iqtisadiyyatının çətin vəziyyətdə olduğu bir məqamda Qətər dost əlini uzadıb.

BAKU.WS-in məlumatına görə, Qətər Türkiyə iqtisadiyyatına 15 milyard dollar yatırım edəcək.

Bu xəbər qısa zamanda lirənin dollara nisbətdə möhkəmlənməsinə səbəb olub. Türkiyəyə ərəb ölkələri arasında ən çox sərmayə qoyan dövlətlərdən olan Qətərin əmiri əl Temim Türkiyəyə gəlib. O, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş keçirib. Görüşdən sonra Qətərin Türkiyəyə 15 milyard dollar sərmayə qoyacağı açıqlandı.

Qeyd edək ki, Qətər son illərdə Türkiyəyə çox böyük sərmayələr qoyur.

Şahin
BAKU.WS